Məhkəmə qərarları › İş №8(064)-111/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-111/2025

10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-111/2025 10.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, X1, Maraqlı şəxs2 və Maraqlı şəxs1 İcra məmuru X4 iştirakı ilə, X1 (Maraqlı şəxs2) qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinə Füzuli Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 (Maraqlı şəxs2) qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 1270/2024 nömrəli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək 18 yanvar 2024cü il təvəllüdlü qızı X10 ilə ünsiyyətdə olma vaxtının hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə, uşağın ad günündə isə saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə Maraqlı şəxs1 inzibati binasında təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra X2 məhkəməyə dəqiqləşdirilmə barədə ərizə verərək ərizəsində yanlış olaraq tərəf kimi özünün iddiaçı əvəzinə ərizəçi, cavabdeh qismində qeyd etdiyi X7 isə maraqlı şəxs kimi nəzərə alınması xahiş etmişdir. Ərizəçi X2 ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh X8 qarşı "uşaqla ünsiyyət tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh X5 yanında olan uşağı 18 yanvar 2024-cü il təvəllüdlü X10 ilə hər həftənin 1-ci və 5-ci günləri saat 10:00-dan, 12:00dək ünsiyyətdə olmaq hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək uşağı 18 yanvar 2024-cü il təvəllüdlü X10 ilə hər həftənin 1-ci və 5-ci günləri saat 10:00-dan 12:00-dək, həmçinin qızının ad günü və bayram günlərində 1 gün onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, onun uşağı - 18 yanvar 2024-cü il təvəllüdlü X10 ilə ünsiyyətdə olma vaxtı hər həttənın 1-ci və 5-ci günləri saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə, uşağın ad günündə isə saat 15:00-dan saat 16 00-dək ananın iştirakı ilə müəyyən edilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Maraqlı şəxs1nə göndərilmişdir. Həmin icra sənədində uşaqla ünsiyyətin yeri dəqiqləşmədiyindən işin icrası zamanı problemlər yaranır. Ona görə də, məsələnin həlli uçun qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra uşağı ilə bir neçə dəfə maraqlı şəxsin, Maraqlı şəxs2 yaşadığı ünvanda icra məmurunun iştirakı ilə görüşmüşdür. Lakin onunla Maraqlı şəxs2 arasında nikah pozulduğundan və aralarında münasibətlər də yaxşı olmadığından sonuncuya məxsus evdə uşağı ilə görüşmək istəmir. O, uşağı ilə tək görüşüb vaxt keçirmək istəyir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirmişdir ki, ərizəni qəbul etmir. Ərizəçinin uşaqla görüşünə mane olmur. X18 uşağı ilə Maraqlı şəxs1ndə görüşüb ünsiyyətdə olmasını istəmir. Uşağın yaşı azdır, uşaq hazırda da ana südü ilə qidalanır, ondan ayrı qalmır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra atası uşağı ilə bir neçə dəfə onun yaşadığı ünvanda icra məmurunun iştirakı ilə görüşmüşdür. O, özünə məxsus evdə ərizəçinin uşağı ilə görüşməsinə etiraz etmir. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İcra məmuru Maraqlı şəxs1 İcra məmuru X11 izahatında bildirmişdir ki, qeyd olunan icra vərəqəsində görüş yerinin dəqiq qeyd edilməməsinə görə qətnamənin icrasında problemlər yaranır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra ərizəçi uşağı ilə bir neçə dəfə maraqlı şəxsin, Maraqlı şəxs2 yaşadığı ünvanda onun iştirakı ilə görüşmüşdür. Lakin son zamanlar Rəsul Əhmədov maraqlı şəxsin, Maraqlı şəxs2 yaşadığı ünvanda uşağı ilə görüşüb ünsiyyətdə olmaq istəmir. mümkünsüz olmasını qeyd etmişdir. Qeyd olunanlara əsasən müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, X3 uşağı - 18 yanvar 2024-cü il təvəllüdlü X10 ilə ünsiyyətdə olma vaxtı hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-dan saat 16:00- dək ananın iştirakı ilə, uşağın ad günündə isə saat 15:00-dan saat 16:00-dək ananın iştirakı ilə müəyyən edilməsi qət edilmişdir. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində icraya yönəlmişdir. -Maraqlı şəxs1 İcra məmuru X11 tərəfindən xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi icraata qəbul edilmişdir və tərəflərə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında deyilir: “2.5. 12-ci bəndin mətni 12.2-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 12.1-ci bənd əlavə edilsin: “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin.” Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına əsasən tərəflərə izah edilməlidir ki, uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli üçün onların qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüquqları var. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsində uşaqla atanın görüşüb ünsiyyətdə olduğu yer qeyd olunmadığından qətnamənin icrası zamanı müəyyən çətinliklər yaranmış, iddiaçı uşağı ilə bir neçə dəfə cavabdehə məxsus evdə atanın görüşüb ünsiyyətdə olsa da hazırda bunun mümkün olmadığını, onunla cavabdeh, yəni Maraqlı şəxs2 arasında münasibətlər normal olmadığından həmin ünvanda görüşməsinin mümkünsüzlüyünü bildirmişdir. O, uşağı ilə aralarındakı bağın qırılmaması, uşağı ilə rahat, tək görüşməsi üçün məsələnin həll edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin “görüş yerinin Maraqlı şəxs1 inzibati binasında təmin edilməsinə dair” hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, Maraqlı şəxs1 binası inzibati bina olduğundan ora uşaqla valideynlərin görüşməsi üçün yer kimi müəyyən edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd edir ki, sözügedən qətnamə çıxarılan zaman uşağın 1 yaşı tamam olmamış, bu zaman onun atası ilə görüşünün ananın iştirakı ilə keçilməsi qətnamədə qət edilmişdir. Lakin hazırda uşağın 2 yaşı tamam olacaq və uşaqla ata sərbəst şəkildə digər şəxslərin iştirakı olmadan 1 saat ərzində görüşüb ünsiyyətdə ola bilərlər. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, X1 ərizəsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq, hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilməli, 18 yanvar 2024-cü il təvəllüdlü X10 yaşayış yeri üzrə hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-da, həmçinin uşağın ad günündə saat 15:00-da Maraqlı şəxs2 tərəfindən X6 təhvil verilməli, həmin günlərdə, yəni hər həftənin 1-ci və 5-ci günləri saat 16:00-da, həmçinin uşağın ad günündə saat 16:00-da isə eyni ünvanda X9 tərəfindən Maraqlı şəxs2 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 231-ci, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizə qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1270/2024 nömrəli qətnaməsinin icra üsulu və qaydası dəyişdirilsin. 18 yanvar 2024-cü il təvəllüdlü X10 yaşayış yeri üzrə hər həftənin 1-ci və 5-ci günləri saat 15:00-da, həmçinin uşağın ad günündə saat 15:00-da Maraqlı şəxs2 tərəfindən X6 təhvil verilsin, həmin günlərdə, yəni hər həftənin 1-ci və 5-ci günləri saat 16:00-da, həmçinin uşağın ad günündə saat 16:00-da isə eyni ünvanda X9 tərəfindən Maraqlı şəxs2 təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Maraqlı şəxs1nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar