Məhkəmə qərarları › İş №8(064)-112/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-112/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-112/2025 09.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Ərizəçi Tələbkar ASC-nin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi” barədə şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Tələbkar ASC ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs böyük icra məmuru Həkimi Atakişiyevin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli rayonu dövlət notariat ofisinin 8İ-718 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1512.32 manat məbləğində pul tutulmalıdır. Qeyd olunan icra sənədinin icra vəziyyətinin öyrənilməsi məqsədilə iddiaçı tərəfindən Maraqlı şəxsnə vəkil sorğusu verilmişdir. Cavab məktubunda qeyd olunmuşdur ki, tələbkarı olduqları həmin icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə “İcra haqqında” Qanunun 20.1.3 və 20.2-ci maddələrinə əsasən icraata xitam verilmişdir. Borclu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Füzuli rayonu notariat ofisində vərəsəlik işi açılmışdır. Hazırda borclunun 1400.92 manat borcu qalmaqdadır. Ona görə də ərizəçi iş üzrə “İcra haqqında” Qanunun 31-ci maddəsinə uyğun olaraq tərəfin onun vərəsəsi ilə əvəz olunmasından ötrü Borclu barəsində icra məmuru tərəfindən verilmiş icraata xitam verilməsi barədə qərarı ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Borclu barəsində xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Maraqlı şəxs böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Həkimi Atakişiyev, Füzuli rayonu dövlət notariat ofisi tərəfindən verilmiş 8İ-718 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixli qərarla icraata başlamış, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarla da icra qeydi üzrə icraata xitam vermişdir. Həmçinin həmin qərardan görünür ki, Füzuli rayonu dövlət notariat ofisinin 03 mart 2020-ci ıl tarixli 8İ-718 nömrəli icra qeydinə əsasən Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 1512 manat 32 qəpik (bır min beş yüz on iki manat otuz iki qəpik) pul tutulmalıdır. Borclu şəxsi məlumatlarından elektron çıxarışdan görünür ki, o, 07 aprel 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarından olan V-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu anası X2 onun vərəsəsi hesab edilmişdir. Şəhadətnamə əsasında sonuncuya ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışlı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi tam hissədə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. İstinad olunan qanunun məzmunundan göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsinə əsas kimi tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi nəzərdə tutulmuşdur. Mübahisələndirilən qərarda icra sənədi üzrə icraata xitam verilməsi səbəbi kimi borclunun vəfat etməsi və məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi göstərilmişdir. Halbuki iş materiallarından olan V-19/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu anası X2 onun vərəsəsi hesab edilmişdir. Şəhadətnamə əsasında sonuncuya ƏMDK-nin yanında DƏDRXnin Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Borclu verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışlı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi tam hissədə verilmişdir. Belə olan halda qeyd olunan icra sənədi üzrə tələb Borclu vərəsəsi X1 yönəldilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 263 və 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Tələbkar ASC-nin ərizəsi təmin edilsin. Maraqlı şəxs böyük icra məmuru X3 tərəfindən Füzuli rayonu dövlət notariat ofisinin 8İ-718 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar