Məhkəmə qərarları › İş №8(064)-12/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-12/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-12/2023 10.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(106)-1572/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) böyük icra məmuru, kiçik ədliyyə müşaviri X2 məhkəməyə verdiyi təqdimatda Şirvan Apelyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(106)-1572/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, təqdimatı onunla əsaslanıdırmışdır ki, həmin icra sənədinin verilməsi üçün əsas olmuş Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli, 2(106)-1572/2022 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evə ½ hissədə pay hüququ tanınmış Borclu 21 fevral 2023-cü il tarixdə Füzuli RİPŞ-ya təqdim etdiyi ərizəsində həmin tələbindən Tələbkar xeyrinə imtina edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, sonuncu da göstərilən səbəbdən 21 fevral 2023-cü il tarixdə Füzuli RİPŞ-yə təqdim etdiyi ərizəsində icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs, icra sənədi üzrə tərəflər Tələbkar və Borclu məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, gəlməmişlər. Buna görə də iş üzrə məhkəmə iclasının göstərilən şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə edilmiş sənədlər, xüsusilə də icra sənədi üzrə tərəflər Borclu və Tələbkar 21 fevral 2023-cü il tarixdə Füzuli RİPŞ-ya təqdim etdikləri ərizələrinin surətləri əsasında icra sənədi üzrə faktiki halların təqdimatda göstərilənlərlə eyni məzmunda olduğunu müəyyən edir. Buna görə də təqdimatda icra sənədi üzrə mövcud olduğu göstərilmiş faktiki halların məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik norması və icra sənədi üzrə müəyyən edilmiş faktiki hallara əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, Şirvan Apelyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(106)-1572/2022 nömrəli icra sənədi üzrə tərəflər Borclu və Tələbkar 21 fevral 2023-cü il tarixdə Füzuli RİPŞ-ya təqdim etdikləri ərizələri nəzərə alınaraq, həmin icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsi, Azərbaycan Respublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 verdiyi təqdimat təmin edilsin. Borclu Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(106)- 1572/2022 nömrəli icra sənədi üzrə tələbindən imtina etməsi qəbul edilsin. Şirvan Apelyasiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(106)-1572/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar