Məhkəmə qərarları › İş №8(064)-14/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-14/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-14/2025 17.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Namazova Səbuhə Müşfiq qızının katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(064)-1269/2017 nömrəli məhkəmə əmri üzrə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə verdiyi təqdimatında Füzuli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(064)-1269/2017 nömrəli məhkəmə əmrinin (bundan sonra – həmin icra sənədi) icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və DYP-nin saxlanma duracağına yerləşdirilməsi barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 17 may 2017-ci il tarixli qərarla icraatına başlanılmış həmin icra sənədinə əsasən borcludan cəmi 1151,79 manat məbləğində pul tutulub tələbkar BOKT "xxxx" MMC-yə (bundan sonra – tələbkar) ödənilməlidir. İcra sənədi üzrə borcluya 17 may 2017-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu icra sənədi üzrə tələbkara olan borcu ödəmədiyinə görə borclunun adına dövlət qeydiyyatına alınmaqla, mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və DYP-nin saxlanma duracağına yerləşdirilməsinə zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Füzuli RİPŞ-nin rəisi vəzifəsini icra edən X2 məhkəməyə göndərdiyi məktubunda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - həmin icra sənədinin surətindən görünür ki, borcludan cəmi 1151,79 manat məbləğində pul tutulub tələbkara ödənilməlidir. - Füzuli RİPŞ-nin 17 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, həmin icra sənədi üzrə borclunun tələbkara olan ödənilməmiş borcu cəmi 1101,79 manat təşkil edir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışda göstərilmişdir ki, “Mercedes Benz E220 CDİ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil borclunun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirilərindən biridir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərə və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki,: - borclu həmin icra sənədinin icrasını könüllü qaydada təmin etmədiyinə və icra sənədinin icrasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbiri tətbiq edilməklə təmin edilməsinə zərurət yarandığına görə təqdimat borclunun mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində təmin edilməlidir. - Qanunverici “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsində əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını, onun götürülməsi və ya saxlamaq üçün verilməsini də borclunun əmlakı üzərinə həbs qoyulmasının hüquqi nəticələrindən biri kimi müəyyən etdiyinə, beləliklə də, borclunun əmlakı üzərinə həbs qoyulması, həmçinin əmlakdan istifadə hüququnun məhdudlaşdırılması, onun götürülməsi və ya saxlamaq üçün verilməsini də ehtiva etdiyinə görə təqdimat üzərinə həbs qoyulmalı olan avtomobilin DYP-nin saxlanma duracağına yerləşdirilməsi hissəsində təmin edilməməli, beləliklə də, ümumilikdə təqdimat qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(064)-1269/2017 nömrəli məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar