Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-18/2024 08.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8i-2608 saylı icra qeydinin icra edilmədən qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək, Füzuli Rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli 8i-2608 saylı icra qeydinin icra edilmədən qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarı qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 8i-2608 saylı icra qeydinə əsasən Borclu tələbkar «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə, ümumilikdə, 1244,64 manat məbləğində kredit borcu tutulması qeyd edilmiş və icra sənədi icra olunması üçün Füzuli Rayon İcra və Probasiya.Şöbəsinə göndərilmişdir. İcra məmuru Şahbaz Səfərov Borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyini, bu barədə müvafiq aktın tərtib edildiyini, həmçinin “Elektron icra” İnformasiya Sistemi vasitəsi ilə aparılmış icra hərəkətləri nəticəsində borclufa tələbim yönəldə biləcəyi əmlak və gəli aşkar edilmədiyini əsas gətirərək, icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılması haqqında qərar qəbul etmişdir. Şikayətçi hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Beləki, şikayətçi qeyd edir ki, “Elektron icra” informasiya sistemində göstərilən “məlumatın yoxdur” ifadəsi, həmin halın olub - olmamasını sübuta yetirmir. Ancaq icra məmuru icra haqqında qanunun tələbinə əsasən ciddi şəkildə araşdırma aparmadan sadəcə sistemdə qeyd edilən halı əsas gətirərək belə qənaətə gəlmişdir ki, guya borclunun mülkiyyətində heç bir əmlak yoxdur. Bu hal da öz-özlüyündə açıq şəkildə göstərir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 43-cü maddəsinin tələblərinə (məcburi icra tədbirləri) uyğun olaraq (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi v.s) heç bir icra tədbiri görməmiş, mötbər faktlar və sübutlar göstərmədən ümumi əsaslarla əsassız qərar çıxarmışdır. Həmçinin icra haqqında qanunun 84.4-cü maddəsinin tələbinə əsasən İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Buda onu sübut edir ki, borclu tərəfindən həqiqətən ipoteka predmeti gizlədilib və yaxud hansısa qanunsuz yolla sıradan çıxarılıb, məhv edilibsə icra məmuru tərəfindən ciddi şəkildə tədbirlər görülərək məhkəməyə təqddimat verməli idi. Bundan başqa, icra məmuru elektron icra sistemindən çıxarışa əsaslanaraq, borclunun əmlak vəziyyətinin araşdırılması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, borclunun rəsmi reyestr qeydiyyatı tələb edilməyən əmlakları da ola bilər. Əlavə olaraq, fiziki şəxslərin bank hesablarının olması, olduğu təqdirdə, həmin hesabların daxilindəki pul vəsaitlərinin miqdarına dair məlumatlar “Elektron icra” informasiya sistemində əks edilmir. Bundan başqa xüsusilə qeyd edirik ki, müştərinin hal- hazırda tələbin yönəldilə biləcəyi əmlaklarının və pul vəsaitlərinin olmaması o demək deyil ki, icra sənədi icra olunmadan qaytarılmalıdır. Göründüyü kimi icra məmuru icra sənədini geri qaytararkən iş üzrə tam araşdırma aparmadan, müvafiq sorğular vermədən icra sənədinin icra edilmədən geri qaytarması barədə qərar qəbul etmişdir. Bu halda öz-özlüyündə bankın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Belə ki, icra qurumunun qeyd edilən qərarı tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirməsi prinsipini də pozur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibqti icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə, verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət əsaslı olduğundan təmin edilməli və Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra edilmədən qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. 43.1-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, icra sənədi üzrə icra tədbirləri davam etdirilərək icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilməlidir. Beləliklə də, məhkəmə qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17,19, 21 və MPM-in 260-269-cu maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İcra sənədi üzrə tələbkar «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin şikayəti təmin edilsin. Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra edilmədən geri qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. Füzuli Rayon Dövlət Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 8i-2608 saylı icra qeydi yenidən Füzuli Rayon İcra və Probasiya Şöbəsinə göndərilməklə icra qeydi üzrə icra tədbirləri davam etdirilsin. Füzuli Rayon İcra və Probasiya Şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-18/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-18/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver