Məhkəmə qərarları › İş №8(064)-2/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-2/2023

24.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-2/2023 24.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixli qərarla icraatına başladığım, Füzuli Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(064)- 1073/2022 saylı icra vərəqəsinə əsasən Borclu Tələbkar xeyrinə 5.000 (beş min) manat pul tutulmalıdır.İcra vərəqəsi üzrə 16 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclu qızma rəsmən təqdim olunmuşdur.İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlak vəziyyətinin yoxlanılması üçün edilmiş elektron sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır.Borclu qızma icra vərəqəsi üzrə pul borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən icra vərəqəsi üzrə 5.000 (beş min) manat pul borcundan Tələbkar xeyrinə heç bir pul məbləği ödəməmişdir. Odur ki, yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Daxil olmuş sənədlərdən göründüyü kimi, icra sənədi üzrə Borclu aliment borcu 5.000 manat təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun adına daşınar və daşınmaz əmlaklar, eləcə də stabil aylıq gəlir aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin təqdimatı təmin edilsin.

2. İcra sənədi üzrə borclu –xx.xx.1970-ci il tarixində doğulmuş, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar