Məhkəmə qərarları › İş №8(064)-2/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-2/2025

16.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-2/2025 16.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Borclu barəsində olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 642/2024 saylı icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi haqqında Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Borclu barəsində olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-642/2024 saylı icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi məsələsinə baxılmasını xahiş etdi. Təqdimat belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraatına başlanılmış Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-642/2024 saylı icra vərəqəsinə əsasən Borclu (bundan sonra - Borclu) hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar (bundan sonra – Tələbkar) xeyrinə ödənilməlidir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Borcluya qarşı heç bir aliment tələbinin olmadığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə təqdimata baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Borcluya qarşı olan aliment tələbindən imtina etdiyini bildirmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-642/2024 saylı icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Tələbkarın tələbdən imtina etməsi qəbul edilməlidir. Məhkəmə şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə Tələbkar Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 642/2024 saylı icra sənədi üzrə tələbdən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar