Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-20/2024 10.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(064)-192/2012 saylı icra sənədinin icra edilmədən qaytarılması barədə qərarından icra sənədi üzrə Tələbkar MMC tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar MMC şikayətlə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(064)-192/2012 saylı icra sənədinin icra edilmədən qaytarılması barədə qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(064)-192/2012 saylı icra sənədinə əsasən Borclu tələbkar «VebTel” MMC-nin xeyrinə, ümumilikdə, 1585 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 10 manat məbləğində borcun tutulması qeyd edilmiş və icra sənədi icra olunması üçün Füzuli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin borclu borcunu ödəməkdən qərəzli surətdə yayınır. Şikayətçi qeyd edir ki, Füzuli Rayon İcra Şöbəsindən alınan şifahi məlumata əsasən icra işi İcra Haqqında Qanunun 23-cü maddəsinə əsasən icra məmuru tərəfindən məhkəməyə geri qaytarılmışdır. İcra məmuru icra işini məhkəməyə geri qaytarmaq barədə qərar alarkən icra haqqında qanunun 23.1.2 və 23.1.3 cü maddəsinə əsasən qanunsuzluqlara yol vermişdir. İcra məmuru borclunun tam əmlak və gəlirləri haqqında məlumatları barədə sorğu verməmişdir. Borclunun qcydiyatı üzrə ünvanda olarkən əşyaların qiymətləndirilməsi barədə akt tərtib etməmişdir. Sərhəd keçmə barədə məlumatları sorğu etməmişdir. Əgər borclu icra şöbəsində olmuşdursa ondan izahat və ya iltizam alınmamışdır. Borclu ola bilərki rəsmi yox kustar işlərdə və ya VÖEN xidmət göstərə bilər, ticarətlə məşğul ola bilər bu barədə icra məmuru tərəfindən araşdırılma aparılmamışdır. İcra məmurunun bu qanunsuz qərarını nəzərə alaraq. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibqti icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə, verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət əsaslı olduğundan təmin edilməli və Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra edilmədən qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. 43.1-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, icra sənədi üzrə icra tədbirləri davam etdirilərək icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilməlidir. Beləliklə də, məhkəmə qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17,19, 21 və MPM-in 260-269-cu maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İcra sənədi üzrə tələbkar ”VebTel” MMC-nin şikayəti təmin edilsin. Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra edilmədən geri qaytarılmasına dair 03 aprel 2023-cü il tarixli qərarı ləğv olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(064)-192/2012 saylı icra sənədi yenidən Füzuli Rayon İcra və Probasiya Şöbəsinə göndərilməklə icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilsin. Füzuli Rayon İcra və Probasiya Şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-20/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-20/2024
10.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver