Məhkəmə qərarları › İş №8(064)-20/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-20/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-20/2025 21.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzifəsini icra edən X1 tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzifəsini icra edən X1 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi üzrə Borclu məxsus olan “QAZ 3302” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 2114/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 598,43 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" ASCnin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2018-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “QAZ 3302” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Füzuli Rayon İcra Probasiya Şöbəsi xx.xx.2025-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək təqdimatın baxılmadan müvafiq əsəndlərlə birlikdə Şöbəyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmamış saxlanılmalı və geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. “İcra haqqında” AR Qanununda və MPM-də icra qurumu tərəfindən verilmiş təqdimatın geri qaytarılması halı nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə qanunun analogiyasından bəhrələnərək MPM-in analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməyi əsaslı hesab edir. Belə ki, MPM-in 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, Azərbaycan Respublikası MPM-nin 260.1ci maddəsinin tələbinə əsasən, hakim iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadı çıxarır. Beləliklə də, Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 259.0.11, 260.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzifəsini icra edən X1 tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimat baxılmamış saxlanılsın və ona əlavə olunmuş sənədlərlə birlikdə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar