Məhkəmə qərarları › İş №8(064)-21/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-21/2023

07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-21/2023 07.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh Borclu qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, cavabdeh Borclu qətnamənin hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də zəruri olan sənədləri, o cümlədən adı çəkilən qətnaməni və sair digər sənədləri ərizəyə əlavə etməmişdir. Həmçinin ərizədə qətnamənin hissə-hissə icra olunması xahiş edilsə də hər ay hansı məbləğdə icra olunması göstərilməmişdir. Məhkəmə onu da qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsindən bəhs edən Azərbaycan Repsublikası MPM-in 231-ci madəsində ərizənin geri qaytarılması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə qanunun analogiyasından istifadə edərək Azərbaycan Repsublikası MPM-in iddia ərizəsinin geri qaytarılmasından bəhs edən 152-ci maddəsinə isnad etməyi əsaslı hesab edir. Belə ki, Azərbaycan Repsublikası MPM-in: 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 13.4, 152, 231, 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Borclu ərizəsi ona geri qaytarılsın. Cavabdeh Borclu qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri Faks : (026-315)51-71 İş № 8(064)-21/2023 xx.xx.2022-ci il h Borclu Ünvan: Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi Qətnamənin hissə-hissə icra edilməsinə dair ərizənin geri qaytarılması haqqında Füzuli Rayon Məhkəməsinin 8(064)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı və ərizə sizə göndərilir. Qoşma: qərardad və digər sənədlər. Hakim Yaşar Həşimov İş № 8(064)-21/2023 Məhkəmə iclasından kənar prosessual hərəkətin aparılması haqqında protokol Füzuli Rayon Məhkəməsi 07 aprel 2022-ci il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Borclu ərizəsinə baxılır. Məhkəmə iclasından kənar prosessual hərəkət saat 12:10-da başlandı. Sədrlik edən bildirir ki, qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Borclu ərizəsinə baxılır. Sədrlik edən iş materiallarını nəzərdən keçidikdən sonra, QƏRARA ALDİ: Qətnamənin hissə-hissə icra edilməsinə dair cavabdeh Borclu ərizəsi ona geri qaytarılsın. Cavabdeh Borclu qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmə iclasından kənar prosessual hərəkət saat 12:15-də qurtardı. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar