Məhkəmə qərarları › İş №8(064)-21/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-21/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-21/2024 15.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakları ilə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 10(102)-82/14 nömrəli icra sənədi üzrə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 verdiyi təqdimatda məhkəmədən Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 10(102)-82/14 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 03 iyul 2018-ci il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş 10(102)-82/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.1961-ci ildə anadan olmuş və Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olan və hazırda ünvan 1-da yaşayan Borclu yol nəqliyyat hadissəsi nəticəsində dəymiş 735201 Qazaxıstan tengəsi məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Füzuli rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu xəbərdarlıqlar edilməsinə baxmayaraq, o bugünədək icra vərəqəsi üzrə olan borcundan heç bir ödəniş etməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi təqdimatın dəlillərinə uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu X5 yaşadığı ünvana məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının sonuncunun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də Füzuli Rayon İcra və Probasiya Şöbəsinin borclu X3 icra sənədini tam icra etməsi üçün xəbərdar etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal borclu X2 gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 10(102)-82/14 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclu X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 10(102)-82/14 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx.xx.1961-ci il təvəllüdlü, Füzuli rayonu, Govşad kəndində qeydiyyatda olan, hazırda ünvan 1 ünvanında yaşayan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar