Məhkəmə qərarları › İş №8(064)-22/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-22/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-22/2024 15.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında təqdimat vermiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakları ilə, Füzuli Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(064)-1278/2023 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(064)-1278/2023 nömrəli icra sənədi üzrə Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Füzuli RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2023-cü il tarixli qərarla icraatına başlanmış Füzuli Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(064)-1278/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat məbləğində pul tutulub Tələbkar ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borclu icra vərəqəsi üzrə borcunu Tələbkar xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən ödənilməmiş qalan cəmi 3560 (üç min beş yüz altmış) manat borcundan tələbkarın xeyrinə heç bir pul məbləği ödəməmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar Füzuli Rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq, çağırışa gəlmədiyinə görə borclunun məcburi qaydada Füzuli Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə 16 aprel 2024-cü il tarixli qərar qəbul edilərək, qərar Borclu göndərilmişdir. Borclu qeyd olunan qərarı almasına baxmayaraq, bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X2 izahatında təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(064)-1278/2023 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar