Məhkəmə qərarları › İş №8(064)-24/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-24/2023

26.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-24/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 16 iyul 2021-ci il tarixli qərarla icraatına başladığım, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2021- ci il tarixli 2(064)-56/2021 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşağa 100 manat olmaqla, ayda cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2ma verilməlidir.İcra vərəqəsi 16 iyul 2021-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, həmin tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclu rəsmən təqdim olunmuşdur.İcra vərəqəsi üzrə yaranmış aliment borcunun ödənilməsi barədə Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, 31 iyul 2022-ci il tarixədək ödənilməmiş qalan cəmi 2280 manat aliment borcunu ödəmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Füzuli Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 3(064)-361/2022 saylı qərarı ilə Namiq Təhməzov Azərbaycan Respublikası İXM-nm 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonra icra vərəqəsi üzrə 30 avqust 2022-ci il tarixədək ödənilməmiş qalan cəmi 2580 manat aliment borcunun 10 gün müddətində tələbkar Gülnarə Mirzəyevanm xeyrinə ödənilməsi üçün borclu Namiq Təhməzov cinayət məsuliyyəti barədə 12 sentyabr 2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, həmçinin 03 oktyabr və 01 noyabr 2022-ci il tarixlərdə rəsmi xəbərdalıqlar rəsmən təqdim olunmuşdur. Lakin buna baxmayaraq Borclu icra vərəqəsi üzrə 30 iyun 2021-ci il tarixdən 30 mart 2023-cü il tarixədək ödənilməmiş qalan cəmi 4180 (dörd min yüz səksən) manat aliment borcundan tələbkara heç bir pul məbləği ödəməmişdir.İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlak vəziyyətinin yoxlanılması üçün edilmiş elektron sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır. Borclu cinayət məsuliyyəti barədə tələbin könüllü icrası haqqında bildiriş və rəsmi xəbərdarlıqlar rəsmən təqdim edilməsinə baxmayaraq o, üzürstiz səbəbdən 30 mart 2023cü il tarixədək ödənilməmiş qalan cəmi 4180 manat aliment borcundan tələbkar X2ma heç bir pul məbləği ödəməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Daxil olmuş sənədlərdən göründüyü kimi, icra sənədi üzrə Borclu aliment borcu 4.180 manat təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun adına daşınar və daşınmaz əmlaklar, eləcə də stabil aylıq gəlir aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin təqdimatı təmin edilsin.

2. İcra sənədi üzrə borclu – xx.xx.1981-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Füzuli rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, ev 11-də qeydiyyatda olan və Füzuli rayonu, 400 evlik qəsəbədə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar