Məhkəmə qərarları › İş №8(064)-25/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-25/2024

14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-25/2024 14.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Borclu iştirakları ilə, Füzuli Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(064)-468/2019 nömrəli qətnaməsi üzrə Borclu ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu verdiyi ərizədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Füzuli Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(064)-468/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(064)- 468/2019 saylı qətnaməsinə əsasən onun ölkədən getmək hüququ məhdudlaşdırılmış, qeyd olunan məhdudiyyətə əsas başlanılmış cinayət işi hazırda yekunlanmış, onun həmin cinayət işi üzrə heç bir əlaqəsi olmadığı müvafiq məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-10/2022 saylı və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-434/2023 saylı qərarlarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət digər şəxs tərəfindən törəldilmiş və Borclu həmin cinayət əməlinə aidiyyəti olmadığı sübuta yetirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(064)-468/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(064)-468/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, fiziki şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, vergi ödəyicisi olan Borclu ümumilikdə 354169.11 manat məbləğində vergi borcu yaranmış, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə təmin edilərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(064)- 468/2019 saylı qətnaməsinə əsasən onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu isə ərizə ilə məhkəmə müraciət edərək qeyd olunan qətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin vergi ödəyicisi olan Borclu məhkəməyə vergi borcunun ödənilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə onuda qeyd edir ki, Borclu vergi borcunun yaranmasında onun təqsiri olmadığını, qeyri şəxs tərəfindən törədildiyini, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunduğunu, onun həmin cinayət əməlinə aidiyyəti olmadığının sübuta yetirildiyini iddia etsə də, məhz vergi ödəyicisi kimi onun adına olan VÖEN:********** əsasında onun vergi borcu yaranmış və həmin vergi borcunun ödənilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 216-cı maddəsinə əsasən: - 216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. - 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Borclu ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar