Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-27/2024 26.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(064)-11/2024 saylı qərardadının izah edilməsinə dair ərizəsinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı "məhkəmə qərardadının izah edilməsi" barədə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(064)- 11/2024 saylı qərardadı ilə müəyyən edilmiş ünsiyyət qaydasına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(064)-11/2024 saylı qərardadı ilə İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə hər həftə bazar günü saat 11:00-dan saat 14:00-dək ünsiyyət müddətinin müəyyən edilməsi barədə qərardad qəbul edilmişdir.Məhkəmə ərizəni qismən təmin edərkən övladları ilə ünsiyyətin hansı şəkildə - sərbəst yoxsa ananın iştirakı ilə həyata keçiriləcəyinə münasibət bildirməmişdir. Qarşı tərəf də bundan istifadə edərək uşaqlarla ünsiyyətə müdaxilə edir və maneə yaradır. Odur ki, ərizəçi məhkəmə qərardadına izah verilməsini və övladları ilə ünsiyyət şəraitinin dəqiqləşdirilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(064)- 11/2024 saylı qərardadının surətindən görünür ki, ərizəçi İddiaçı Cavabdeh qarşı müvəqqəti təminat tədbiri haqqında ərizəsi qismən təmin edilmiş, ərizəçinin azyaşlı övladları xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə hər həftə bazar günü saat 11:00-dan saat 14:00dək ünsiyyətdə olması qərara alınmışdır. İşə baxılarkən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən işə baxılarkən İddiaçı ərizəsi təmin edilmiş, qərardad kifayət qədər əsaslandırılmış və aydın şəkildə yazılmışdır. Lakin bununla yanaşı məhkəmə hal-hazırda qərardadın icra edilə bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və qərardada müvafiq izah verilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264 və 268-ci maddələrinin rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(064)-11/2024 saylı qərardadının izah edilməsi barədə İddiaçı ərizəsi təmin edilsin. Qərardada aşağıdakı kimi izah verilsin: İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə hər həftə bazar günü saat 11:00-dan saat 14:00-dək Cavabdeh iştirakı olmadan (zəruri hallar istisna olmaqla) ünsiyyəti təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-27/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-27/2024
26.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver