Məhkəmə qərarları › İş №8(064)-29/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-29/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-29/2023 23.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, icra sənədi üzrə Borclu və icra sənədi üzrə Tələbkar iştirakları ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 26 oktyabr 2018-ci il tarixli qərarla icraata başlanılmış, Füzuli Rayon Məhkəməsinin 25 əktyabr 2018-ci il tarixli 2(064)-1691/2018 saylı icra sənədinə əsasən xx.xx.2014-cii il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 əğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaqa 120 manat olmaqla ayda cəmi 240 manat sabit pul məbləğində aliment Borclu Mətəm oğlundan tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 26 oktyabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar icra sənədini vermiş Məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclu rəsmən təqdim edilmişdir. Borclu borcunu ödəməsi üçün rəsmi xəbərdarlıq və tetelefön vasitəsilə tələb edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. Ona görə də, borclunun məcburi qaydada Füzuli rayon icra və probasiya şöbəsinə gətirilməsi barədə 27 aprel 2023-cü il tarixli qərar qəbul edilərək, qərar Borclu ünvanına göndərilmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayman şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında: İcra sənədi üzrə Borclu bildirdi ki, alment borcunu ödəyə bilmədiyi üçün icra məmurunun çağırışlarına getməmişdir. Lakin hazırda borcluya olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, təqdimatın təmin olunmamasını xahiş edir. İcra sənədi üzrə Tələbkar bildirdi ki, Borclu aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda borclunun ödənilməmiş borcu qalmamışdır. Odur ki, təqdimatın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflərin izahatları ilə müəyyən olunur ki, icra sənədi üzrə aliment borcu Borclu tərəfindən tələbkar G.Yahyayevaya tam şəkildə ödənilmişdir. Belə olan halda, borclunun Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsinə lüzum qalmamışdır. Odur ki, məhkəmə belə hesab edir ki, təqdimat təmin olunmamalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu məcburi gətirilməsi haqqında Füzuli rayon icra və probasiya şöbəsinin təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar