Məhkəmə qərarları › İş №8(064)-3/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-3/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-3/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 21 noyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 30 mart 2019-ci il tarixli 2(007)- 829/2018 saylı icra sənədinə əsasən Borclu dərman vasitələrinin alınmasına çəkilmiş 1073.0 manat, əldən çıxmış faydanın əvəzi olaraq hadisənin baş verdiyi 23 oktyabr 2016-cı il tarixdən qətnamənin çıxdığı hazırkı tarixədək hər ay üçün 475.20 manat olmaqla, cəmi 8078.40 manat, mənəvi zərərə görə 1000.0 manat, ümumilikdə 10151.40 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır.İcra sənədi üzrə 21 noyabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə göndərilmiş, qərar və tələbin icrası haqqında bildiriş icra olunması üçün Borclu rəsınən təqdim edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu əmlak vəziyyətinin yoxlanılması üçün edilmiş elektron sorğular nəticəsində onun adına avtomobilin, əmanətin, torpağın olmadığı və digər gəlirlərin aşkar edilmədiyi müəyyən edilmişdir.Borclu, icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün xəbərdarlıqlar edilsə də o, cəmi 10151.40 manat borcundan tələbkarın xeyrinə cəmi 100 manat ödəmişdir. Tələbkar Füzuli rayon İcra və Probasiya şöbəsinə şifahi müraciət edərək Borclu ölkə ərazisinin tərk edərək xaricdə yaşayan qohumlarının yanma getmək istəməsini nəzərə alıb onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasan xahiş etmişdir.Odur ki, yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Daxil olmuş sənədlərdən göründüyü kimi, icra sənədi üzrə Borclu aliment borcu 10.151,40 manat təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun adına daşınar və daşınmaz əmlaklar, eləcə də stabil aylıq gəlir aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun təqdimatı təmin edilsin.

2. İcra sənədi üzrə borclu –xx.xx.1994-cü il tarixində doğulmuş, Sabirabad rayonunda doğulmuş, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar