Məhkəmə qərarları › İş №8(064)-3/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-3/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-3/2025 07.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-1010/2021 nömrəli icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi haqqında verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəməyə verdiyi təqdimatda Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-1010/2021 nömrəli icra sənədi (bundan sonra – həmin icra sənədi) üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsini xahiş etmiş, təqdimatı onunla əsaslandırmışdır ki, həmin icra sənədinə əsasən 31 mart 2014-cü il təvəllüdlü X5, 10 may 2015-ci il təvəllüdlü X6 və 01 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 may 2021-ci il tarixdən başlayaraq Borclu (bundan sonra - borclu) aylıq əmək haqqısının 1/2 hissəsi miqdarında aliment tutularaq Tələbkar (bundan sonra – tələbkar) verilməlidir. Həmin icra sənədi 04 iyun 2021ci il tarixli qərarla icraata qəbul edilmişdir. Sonuncu 07 oktyabr 2024-cü il tarixdə Füzuli RİPŞ-ya təqdim etdiyi ərizəsində borclu ilə 30 sentyabr 2024-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağladığı MŞC/MT020/2023-01087 nömrəli barışıq sazişinə əsasən övladları Aysun Əzimzadə və Nicat Əzimzadənin borclunun himayəsində, Zahid Əzimovun isə onun himayəsində qalması və bir-birilərinə qarşı aliment tələblərinin olmaması barədə razılaşdıqlarını, buna görə də borcluya qarşı aliment tələbindən imtina etdiyini göstərərək, həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına təqdimatı vermiş şəxs, tələbkar və borclu vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmişlər. Buna görə də məhkəmə iclasının göstərilən şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə edilmiş sənədlər, xüsusilə də, tələbkarın 07 oktyabr 2024cü il tarixdə Füzuli RİPŞ-ya təqdim etdiyi ərizəsi və borclu ilə 30 sentyabr 2024-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağladığı barışıq sazişinin surətləri əsasında həmin icra sənədi üzrə faktiki halların təqdimatda göstərilənlərlə eyni məzmunda olduğunu müəyyən edir. Buna görə də təqdimatda həmin icra sənədi üzrə mövcud olduğu göstərilmiş faktiki halların məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik norması və həmin icra sənədi üzrə müəyyən edilmiş faktiki hallara əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, tələbkarın həmin icra sənədi üzrə tələbdən imtinası qəbul edilməli və həmin icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsi, Azərbaycan Respublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimat təmin edilsin. Tələbkar Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-1010/2021 nömrəli icra sənədi üzrə tələbdən imtina etməsi qəbul edilsin. Füzuli Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(064)-1010/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar