Məhkəmə qərarları › İş №8(064)-32/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-32/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-32/2023 05.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, X1 qərardadın ləğv edilməsi və avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-3536/2016 saylı qərardadı ilə icra sənədinin icrasını təmin etmək məqsədilə “Kia Optima minik” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İcra sənədi üzrə borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədi onun tərəfindən tam şəkildə icra edildiyindən Füzuli rayon İcra və Probasiya şöbəsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(106)-94/2022 saylı icra vərəqəsinin icraatına xitam verilmişdir. Odur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-3536/2016 saylı qərardadının ləğv edilməsini və “Kia Optima minik” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair qadağanın götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tələbin ödənilməsi üçün borclu N.Əlizadəyə məxsus olan “Kia Optima minik” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin icra sənədi borclu tərəfindən tam şəkildə icra edilmiş və Füzuli rayon İcra və Probasiya şöbəsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, borclunun adına qeydə alınmış avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 ərizəsi təmin olunsun. İcra sənədi üzrə X1 adına qeydə alınmış “Kia Optima minik” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-3536/2016 saylı qərardadı ləğv edilsin və həmin avtomobilin üzərinə qoyulmuş qadağa götürülsün. Qərardadın icrası Füzuli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar