Məhkəmə qərarları › İş №8(064)-33/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-33/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-33/2023 03.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Füzuli rayon İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu adına olan “Mercedes GL 450” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, 19 may 2020-ci il tarixdə icaata başlanılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 3(011)-91/2020 saylı icra sənədinə əsasən Borclu oğllundan 1.500 manat məbləğində inzibati cərimə alınıb dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, 14 yanvar 2022-ci il tarixdə icraata başladığı X1 Bakı Regional Bölməsinin 12 avqust 2021-ci il tarixli, № ******* saylı qərarına əsasən Borclu 300 manat inzibati cərimə alınıb dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, 26 may 2023-cü il tarixdə icraata başladığı X1 Bakı Regional Bölməsinin 30 dekabr 2022-ci il tarixli № ******* saylı qərarına əsasən Borclu 200 manat inzibati cərimə alınıb dövlət büdcəsinə ödənilməlidir. İcra sənədləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq icraya yönəldilmiş və həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədləri üzrə müvafiq qaydada icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. Borclu şəxsi məlumatlarından elektron çıxarışdan görünür ki, onun adına “Mercedes GL 450” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsində qeyd olunur ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasn məhkəmənin qərardadı ilə qoyulur. 50.5-ci maddəsinə görə, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu adına olan “Mercedes GL 450” markalı, **-HM-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Təqdimat təmin edilsin.

2. İcra sənədləri üzrə borcun ödənilməsi üçün tələb Borclu adına olan “Mercedes GL 450” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və bu məqsədlə qeyd olunan avtomobilin üzərinə həbs qoyulsun.

3. Qərardadın icrası Füzuli rayon İcra və probasiya şöbəsinə tapşırılsın.

4. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar