Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-33/2025 11.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(064)-47/2024 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 verdiyi təqdimatda Füzuli Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(064)-47/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 22 fevral 2024-cü il tarixli qərarla icraatına başlanılmış Füzuli Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(064)-47/2024 nömrəli icra sənədinə əsasən borcludan 17 oktyabr 2023-cü il tarixdən başlayaraq 17 iyul 2006-cı il təvəllüdlü X4, 23 fevral 2008-ci il təvəllüdlü X6 və 20 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat məbləğində aliment tutulub Tələbkar (bundan sonra – tələbkar) ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 22 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Borclu icra vərəqəsi üzrə tələbkara cəmi 6260 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 3(064)-761/2024 nömrəli və 10 yanvar 2025-ci il tarixli, 3(064)-9/2025 nömrəli qərarlarının surətlərindən müvafiq qaydada görünür ki, borclu həmin məhkəmənin 14 fevral 2024-cü il tarixli, 2(064)-47/2024 nömrəli icra sənədi üzrə tələbkara olan aliment borcunu üzrsüz səbəbdən ödəmədiyinə görə barəsində səkkiz gün və on beş gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Tərəflərə məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmiş. Buna görə də məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də Füzuli rayon İcra və Probasiya şöbəsinin borcluya icra sənədini tam icra etməsi üçün dəfələrlə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən icra etmədiyini, buna görə də Füzuli Rayon Məhkəməsinin 05 avqust 2024 və 10 yanvar 2025-ci il tarixli qərarları ilə barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hallar borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(064)- 47/2024 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli, 2(064)- 47/2024 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxxxx 1984-cü il təvəllüdlü, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(064)-33/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-33/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver