Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-35/2023 03.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 28 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmış, Füzuli Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(064)- 2147/2022 saylı icra sənədinə əsasən Borclu 1.434 manat pul Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 28 fevral 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar icra sənədini vermiş məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclu rəsmən təqdim edilmişdir. Borclu borcunu ödəməsi üçün rəsmi xəbərdarlıq və tetelefon vasitəsilə tələb edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. Ona görə də, borclunun məcburi qaydada Füzuli rayon icra və probasiya şöbəsinə gətirilməsi barədə 13 iyun 2023-cü il tarixli qərar qəbul edilərək, qərar Borclu ünvanına göndərilmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcbuıi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu Füzuli rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə borclu Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-35/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-35/2023
03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver