Məhkəmə qərarları › İş №8(064)-36/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-36/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-36/2023 31.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 09 aprel 2021-ci il tarixli qərarla icraata başlanılmış, Füzuli Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(064)-317/2021 saylı icra sənədinə əsasən Borclu Şəfa oğlundan cəmi 3.403 manat borc Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 09 aprel 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclu Şəfa oğluna rəsmən təqdim edilmişdir. Borclu borcunu ödəməsi üçün rəsmi xəbərdarlıq və tetelefon vasitəsilə tələb edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. Ona görə də, borclunun məcburi qaydada Füzuli rayon icra və probasiya şöbəsinə gətirilməsi barədə 18 iyul 2023-cü il tarixdə məcburi gətirilmə sms göndərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə borclu Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Borclu (***-***-**-**) Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar