Məhkəmə qərarları › İş №8(064)-36/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-36/2025

08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-36/2025 08.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Borclu barəsində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 755/2025 saylı icra vərəqəsi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi haqqında Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 Məhkəməyə təqdimatla müraciət edərək Borclu barəsində olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(036)-755/2025 saylı icra vərəqəsi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılıb ki, xx.xx.2025-ci il tarixli qərarla icraatına başlanılmış İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-755/2025 saylı icra vərəqəsinə əsasən Borclu (bundan sonra - Borclu) xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş aylıq minimum əməkhaqqının 0,52 misli miqdarında sabit pul məbləğində aliment tutularaq Tələbkar (bundan sonra – Tələbkar) xeyrinə ödənilməlidir. Tələbkar xx.xx.2025-ci il tarixli ərizə ilə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Borcluya qarşı heç bir aliment tələbinin olmadığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlmədilər və gəlməmələrinin səbəbi barədə məlumat vermədilər. Belə olan halda Məhkəmə təqdimata baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Borcluya qarşı olan aliment tələbindən imtina etdiyini bildirərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-755/2025 saylı icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Tələbkarın tələbdən imtina etməsi qəbul edilməlidir. Məhkəmə şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə Tələbkar İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 755/2025 saylı icra sənədi üzrə tələbdən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar