Məhkəmə qərarları › İş №8(064)-37/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-37/2023

01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-37/2023 01.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 19 noyabr 2020-ci il tarixli qərarla icraatına başladığı, Füzuli Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(064)-418/2020 saylı qətnaməsi üzrə 01 oktyabr 2020-ci il tarixdə verilmiş icra sənədinə əsasən Borclu borc aldığı 5.000 manat pul və dövlət nəfinə ödənilmiş 30 manat dövlət rüsumu alınıb Tələbkar verilməlidir. İcra vərəqəsi üzrə 19 noyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə Borclu göndərilmişdir. Borclu məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməyərək, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya rəsmi xəbərdarlıqlar edilməsinə və Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq o, şöbəyə gəlməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu məxsus 050- 707- 07-59 nömrəli mobil telefona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron sistem vasitəsilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə rəsmi xəbəradrlıqlar göndərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə borclu Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Borclu (xx.xx.1989) Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar