Məhkəmə qərarları › İş №8(064)-38/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-38/2023

25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-38/2023 25.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Tələbkar ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi haqqında ərizəsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixi, 2(064)-190/2018 nömrəli qətnaməsi ilə cavabdeh X2 ona ödəməli olduğu 10.300 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 37.4 faiz artmasını nəzərə almaqla hesablanmasını, ümumilikdə 33.413,2 manat pul vəsaitinin cavabdeh (borclu) X1 tutulub ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 nömrəli qətnaməsi ilə cavabdeh X1 10.500 manat pul alınaraq onaa ödənilməsi qət edilmişdir. İcra vərəqəsi əvvəlcə borclunun faktiki yaşadığı Hacıqabul rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, borclunun yaşayış yerini müəyyən edə bilmədiklərinə görə qeydiyyata olduğu Füzuli rayon İcra və Probasiya şöbəsinə qaytarlmışdır. Borclu X3 qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya məhkəməsi xx.xx.2019-cu ildə şikayətə baxmış, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Qətnamə icraya yönəldilmişdir. Borclu keçən 6 il müddət ərzində cəmi 200 manat pul ödəmişdir. Tələbin təmin edilməsi məqsədi ilə Füzuli raycn İçra və Probasiya şöbəsinin İcra məmuru heç bir təsirli tədbir görməmiş, icra işini hərəkətsiz saxlamışdır. Dəfələrlə İcra və Probasiya şöbəsində olub, icra işinin hansı səbəbdən icra edilməməsi ilə maraqlanmış, etiraz edərək icra işinin həmin icraçıdan alınaraq başqa içraçıya verilməsini xahiş etsə də, heç bir nəticəsi olmamış, hətta bu günə qədər etiraza heç bir münasibət bildirilməmişdir. İcra məmuru icra işi üzrə hərəkətlərin nəyə görə etmədiyi izah edə bilməmiş, hər dəfə borclunun gələcəkdə borcunu ödəyəcəyini bildirmişdir. İcra rəisinin qəbuluna düşmək münkün deyil, hər dəfə 300 km yol gedib qəbuluna düşə bilmirik, çünki iş yerində olmur. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 8.2,-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlan aq haqqında qərar qəbul edir. Həmin Qanunun8.3.-cü maddəsinə əsasən İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara,borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Borclu barəsində Füzuli Rayon Məhkəməsi Azəroaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini tətbiq etmiş və 500 manat inzibati cərimə edilmiş, amma cərimə ödənilməmişdir. Lakin icra məmuru təsirli tədbirlər göməmiş, borclunun banklarda depozit hesabları yoxlanılmamış, müavinət,təqaüd və daşınmaz əmlakı barədə sorğular verilməmişdir. Borclunun Hacıqabul rayonunda fərdi evi və torpaq sahəsi vardır və həmin evi ondan 10.500 manat pulu aldıqdan sonra inşa etmişdir. İcra məmuru borclunu “İcra Haqqında” AR Qanununun 84-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq etmiş və sonda cinayəı məsuliyyətinə cəlb olunma haqqında təqdimat vermişdir. Azərbaycan Respublikası İcra Haqqında Qanunun 42-ci maddəsinə əsasən Füzuli rayon İcra və Probasiya şöbəsinin İcra məmuru H.Atakişiyevə etiraz etmişdir. Lakin göndərilən şikayət və etirazlar sanki harasa atılır, cavab verilmir, çünki icraya heç bir nəzarət yoxdur. İcra Baş İdarəsinin Füzuli rayon İcra şöbəsinə müvafiq nəzarəti olsaydı, 6 il ərzində icra işi üzrə icra hərəkətləri edilmiş, borcludan pul alınaraq qaytarılmış və icraata xitam verilmişdi. Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 84.4-cü maddəsini, Cinayət Prosesual Məcəlləsinin 205-ci maddəsini və Cinayət Məcəlləsinin 306.1-c i maddəsini rəhbər tutaraq borclu X3 icradan yayındığna və qərəzli şəkildə icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verilməsini xahiş etmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli İcra Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işi başlamış və istintaqı davam etdirlir. Borclu ona olan borcunu məhkəmə qətnaməsi və icra vərəqəsi olmasına baxmayaq qaytarmaqdan imtina edir, icradan yayınır, pulundan faydalamaqda davam edir. Odur ki, ona ödənilməli olan pul vəsaiti indeksasiya edilməlidir. İndeksasiya belə olmalıdır: 10.300 manatın illik 37.4% = 3.852.2 manat edər. 3.852.2 x 6 il = 23.113.2 edər. Beləliklə 23.113,2+10.300=33.413,2 manat edər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş və cavabdeh X1 10.500 manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu tərəfindən cəmi 200 manat ödənilmişdir. Hazırda Borclu icra sənədi üzrə borcu 10.300 manat təşkil edir. Araşdırma zərurəti ilə əlaqədar olaraq 10.300 manat məbləğdə pul vəsaitinin alıcılıq dəyərinin 2018-ci ildən sonra azalması, yəni ötən dövr ərzində pul vahidinin dəyərinin azalmasına təsir edən inflyasiya və digər iqtisadi təsirlər nəzərə alınmaqla, həmin vəsaitin 2018-ci ildən xx.xx.2023-cü il tarixədək olan dəyəri barədə məlumat verilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2018-ci il üzrə 102,3 faiz, 2019-cu il üzrə 102,6 faiz, 2020-ci il üzrə 102,8 faiz, 2021-ci il üzrə 106,7 faiz və 2022-ci il üzrə 113,9 faiz, eləcə də 2023-cü ilin yanvar-avqust ayları üzrə 111,7 faiz təşkil etmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2018-ci il tarixdə Füzuli rayon İcra və Probasiya şöbəsində icraata götürülmüş, tələbkar isə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi haqqında ərziə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən daxil olmuş məlumatlara əsasən (həmçinin istehlak qiymətləri indeksinin hesablanmasına dair stat.gov.az internet saytından çıxarışa əsasən) 2023-cü ildə avqust ayında 2018-ci ilin ayına nisbətən istehlak qiymətləri indeksi 139,6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 39.6 faiz artmışdır. Belə olan halda ödənilməli olan pul məbləği 10.300 manatın tələb olunan illər üzrə indeksasiyası (10.300 x 139,6 % = 14.378,80) 14.378,80 manat təşkil edəcəkdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Qanunvericilikdə pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulsa da onun hansı qaydada və hansı meyarlar əsasında aparılması müəyyən edilməmişdir. Ona görə də, əksər hallarda bu məsələnin həlli məhkəmə təcrübəsində inflyasiya səviyyəsi nəzərə alınmaqla həll edilir. Azərbaycan Respublikası MPM-in: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 232, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixi, 2(064)-190/2018 nömrəli qətnaməsi ilə ödənilməli 10.300 manat pul məbləğinin indeksasiyası (2018-ci ilin iyul ayından 2023-cü ilin avqust ayınadək olan dövr) aparılmaqla müəyyən edilmiş 14.378,80 manat pul borclu X1 tutularaq Tələbkar verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar