Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-38/2025 16.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X7 iştirakı ilə, X1 “icra məmurunun qərarının ləğv edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişivevin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra sənədinin icraya yönəlməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı qətnaməsi ilə cavabdeh X4 1405 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin bu iş üzrə qəbul edilmiş qətnaməsi qanuni qüvvəsini almış və 30 mart 2021-ci ildə icra vərəqəsi verilmişdir. İcra vərəqəsi üzrə 08 aprel 2021-ci ildə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Maraqlı şəxs qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla həmin icra sənədi borclunun əmlakının və gəlirinin aşkar edilməməsinə görə məhkəməyə qaytarılmışdır. O, icra sənədinin geri qaytarılması barədə qərardan narazıdır. Həmin qərarın mövcudluğundan xx.xx.2025-ci ildə məlumatı olmuşdur. X3 icra vərəqəsi üzrə pul borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(064)-444/2021 saylı qərarı ilə Rüstəm Xankişiyev barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lakin bundan sonra da borclu borcu ödəməmiş, maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəsini almış qətnaməni qərəzli olaraq icra etməmişdir. Bundan sonra borclu barəsində cinayət işi üzrə iş açılmalı olduğu halda Füzuli rayon İcra və Probasiya Şöbəsi (icra məmuru Maraqlı şəxs) Füzuli Rayon Məhkəməsinə təqdimatla müraciət edərək Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra vərəqəsini icra etmədən Füzuli Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Maraqlı şəxs qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra sənədinin icraya yönəlməsi barədə qərar qəbul edilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Füzuli Rayon İcra və Probasiya şöbəsi tərəfindən X12 barəsində xx.xx.2021-ci il tarixli icra icraata başlamaq haqqında qərarın surətindən görünür ki, X4 1405 manat pulun tutularaq X9 ödənilməsi barədə icra işi başlanmışdır. İş materiallarından görünür ki, tələbin yönəldilməsi məqsədilə borclunun mülkiyyətində müvafiq əmlakların olub-olmaması sorğu edilmiş, lakin hər hansı əmlak aşkar edilməmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması barədə qərar”ından görünür ki, İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə X3nun əmlak vəziyyətinin yoxlanılması üçün müxtəlif ünvanlara edilmiş elektron sorğular nəticəsində nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır. X3 icra vərəqəsi üzrə pul borcunu ödəmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Füzuli Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 3(064)-444/2021 saylı qərarı ilə Rüstəm Xankişiyevin barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra X3nun əmlak vəziyyətinin yoxlanılması məqsədilə yenidən edilmiş elektron sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamışdır. X3 pul borcunu ödəməkdən imtina etmədiyini, lakin borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. İcra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə görülmüş icra tədbirləri nəticəsində X3nda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamış, borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra vərəqəsinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. AR İcra haqqında qanunun 70.4-cü maddəsinin tələbinə görə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbindən aydın olur ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddənin qeyd olunan bəndinin məzmunundan göründüyü kimi, icra sənədinin qaytarılmasına əsas kimi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması müddəası ilə yanaşı, eyni zamanda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi tələbi də nəzərdə tutulmuşdur. Mübahisələndirilən qərarda icra qeydinin qaytarılmasının səbəbi kimi borclunun mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Halbuki, icra sənədinin qaytarılması hallarını tənzimləyən yuxarıda qeyd edilmiş normalarda yalnız bu hala görə icra sənədinin qaytarılması nəzərdə tutulmamışdır. O da qeyd edilməlidir ki, mübahisələndirilən qərarın məzmunundan görünür ki, borclunun mülkiyyətində yalnız daşınmaz əmlakların olub-olmaması sorğu edimiş, borclunun mülkiyyətində daşınar əşyaların da ola biləcəyi nəzərə alınmamışdır. O da qeyd edilməlidir ki, borc məbləğinin aşağı olması həmin borcun hər hansı daşınar əşyaya da yönələ biləcəyi imkanını mümkün edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icra qeydinin qaytarılması barədə qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 ərizəsi təmin edilsin. Füzuli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Maraqlı şəxs tərəfindən Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra vərəqəsinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Füzuli Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-31/2021 saylı icra sənədi icraya yönədilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(064)-38/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-38/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver