Məhkəmə qərarları › İş №8(064)-39/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-39/2023

04.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-39/2023 04.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu avtomobilin üzərindən həbsin götürülməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-1705/2016 saylı qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh Borclu adına qeydə alınmış «KİA Cerato» markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, həmin avtomobilin istifadə edilməsi və avtomobilə dair hər hansı hərəkətlərin edilməsi cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-13/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu 14.355,26 ABŞ dolları əsas borc, 1.346,23 ABŞ dolları faiz borcu olmaqla cəmi 15.701,49 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İcra sənədi üzrə tələbkar “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Ə.Kərimov xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «KİA Cerato» markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru O.Məmmədovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-13/2017 saylı icra sənədi üzrə icraatına tam icra olunduğundan xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(064)-13/2017 saylı icra sənədi tam icra olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri ləğv edilməli və avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157-159, 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu ərizəsi təmin edilsin. Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-1705/2016 saylı iddianın təmin tədbiri haqqında qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan «KİA Cerato» markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs və qadağalar götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar