Məhkəmə qərarları › İş №8(064)-4/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-4/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-4/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 24 fevral 2021-ci il tarixli qərarla icraatına başladığım, Ucar Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(063)-118/2021 saylı icra vərəqəsinə əsasən Borclu 17 noyabr 2020-ci ildən başlayaraq 13 yanvar 2015-ci il təvəllüdlü X2 və 28 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma catnadək saxlanılması üçün hər ay hər birinə görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub Tələbkar xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə 24 fevral 2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, tələbin könüllü icrası haqqında bildiriş və qərar icra olunması üçün Borclu rəsmən təqdim olunmuşdur.Borclu icra vərəqəsi üzrə 875 manat pulu Tələbkar xeyrinə ödəmişdir. Borclu qalan borcun Tələbkar xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir. Tələbkar icra vərəqəsi üzrə ödənilməmiş qalan 3.625 manat pulun Borclu alınaraq onun xeyrinə ödənilməsini tələb etdiyini, əks halda müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. Odur ki, yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Daxil olmuş sənədlərdən göründüyü kimi, icra sənədi üzrə Borclu aliment borcu 3.625 manat təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun adına daşınar və daşınmaz əmlaklar, eləcə də stabil aylıq gəlir aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra sənədi üzrə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatı təmin edilsin.

2. İcra sənədi üzrə borclu–xx.xx.1989-cu il tarixində Füzuli rayonu, Qarakollu kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar