Məhkəmə qərarları › İş №8(064)-40/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-40/2023

15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-40/2023 15.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi İsa Kərim məhkəməyə şikayət verərək Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Füzuli rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-2133 saylı icra qeydinə əsasən Borclu Afıq oğlundan tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 1.140,93 manat məbləğində kredit borcunun və 25 manat dövlət rüsumunun tutulması təklif edilmiş və icra sənədi icra olunması üçün Füzuli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu Afıq oğlu icra sənədini icra etməmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Füzuli rayon Notariat ofisinin xx.xx.2022ci il tarixli, 8İ-2133 saylı icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ş.Səfərovun 17 may 2023-cü il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarına əsasən, Füzuli rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-2133 saylı icra vərəqəsi icra sənədini vermiş orqana qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, borclu icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi üçün icra sənədi üzrə borcun onun əmlakı hesabına ödətdirmək məqsədilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara edilmiş sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamış, borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. M a d d ə 4 3 . Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, icra sənədi üzrə icra tədbirləri davam etdirilərək icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun xx.xx.2023-cü il tarixli icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında qərarı ləğv edilsin və Füzuli rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-2133 saylı icra qeydi üzrə icra tədbirləri davam etdirilsin. Füzuli rayon İcra və Probasiya şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar