Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-40/2024 30.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun “icra icra sənədinin qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarından icra sənədi üzrə Tələbkar ASC tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı qətnaməsinin geri qaytarılmasına dair Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Suraxanı Rayon İcra Şöbəsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı qətnaməsinə əsasən cavabdeh Borclu cəmi 12697,58 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumu görə 30 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icranın təmin edilməsi üçün Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədov “İcra sənədinin geri qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul edərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarmış və əsas kimi göstərilmişdir ki, borclu icra sənədində göstərilən tələbi könüllü icra etmədiyi üçün icra sənədi üzrə borcun onun əmlakı hesabına ödətdirmək məqsədilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara edilmiş sorğular nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar olunmamış, borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Hesab edir ki, Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan “İcra sənədinin geri qaytarılması barədə” qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Tələbkar ASC -nin nümayəndəsi və Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədov məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Merilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə, eləcə də icra işinin materiallarına baxaraq məhkəmə hesab edir ki, aşağıdakılara əsasən şikayət əsaslı olduğundan təmin edilməlidir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı qətnaməsinə əsasən cavabdeh Borclu cəmi 12697,58 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumu görə 30 manat məbləğində pul tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd olunan normanın məzmunundan görünür ki, o halda icra sənədi məhkəməyə qaytarılır ki, icra məmurunu tərəfindən tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməsin. Hazırki işin hallarından isə görünür ki, icra məmuru icra sənədinin icrası ilə əlaqədar bütün mümkün tədbirləri görməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı icra sənədi üzrə Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun “icra sənədinin qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icraat davam etdirilməlidir. Beləliklə də, məhkəmə qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17,19, 21 və MPM-in 260-269-cu maddələrini rəhbər tutaraq QƏRARVERDİ: İcra sənədi üzrə Tələbkar ASC-nin şikayəti təmin edilsin. Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru İlyas Məmmədovun “icra sənədinin qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun və Füzuli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(064)-2768/2016 saylı qətnaməsi üzrə icra tədbirləri davam etdirilsin. Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-40/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-40/2024
30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver