Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-42/2023 29.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 14 avqust 2023-cü il tarixli qərarla icraatına başladığım, Füzuli Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(064)- 112/2023 saylı qətnaməsi üzrə 02 avqust 20213-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2023cü il tarixdən başlayaraq Borclu azyaşlılar xx.xx.2021-ci il təvəllüdlü Ömərin və xx.xx.2023cü il təvəllüdlü Mələyin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hə ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cəfərova (Məmmədova) Lamiyə Mehman qızının xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə 14 avqust 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqmda bildiriş icra olunması üçün poçt vasitəsilə Borclu göndərilmişdir. Borclu məhkəmə qətnaməsinin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməyərək, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu X1 rəsmi xəbərdarlıqlar edilməsinə və Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq o, şöbəyə gəlməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu məxsus 051 - ***-**-** nömrəli mobil telefona elektron sistem vasitəsilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə rəsmi xəbəradrlıqlar göndərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılması üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu icra məmurunun dəfələrlə çağırışlarına üzrsüz səbəblərdən gəlməmişdir. Odur ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qayıdış-11 qəsəbəsi, ev 115-də yaşayan Borclu Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə Borclu Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qayıdış-11 qəsəbəsi, ev 115-də yaşayan Borclu (xx.xx.1998-ci il təvəllüdlü) Füzuli rayon icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-42/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-42/2023
29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver