Məhkəmə qərarları › İş №8(064)-42/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-42/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-42/2024 07.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru Anar Hacıyevin, Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərovun, ərizəçi "xxxx" MMC-nin Müşahidə Şurasının sədri X3 və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, X6 tərəfindən verilmiş Maraqlı şəxs icra məmuru Anar Hacıyevin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə ərizəyə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 (bundan sonra ərizəçi) Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Maraqlı şəxs icra məmuru Anar Hacıyevin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarının qanunsuz və əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs icra məmuru Anar Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Həmin qərar Maraqlı şəxs rəisi Yəhya Məmmədov tərəfindən təsdiq edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu X7 tələbkar "xxxx"nın xeyrinə 12724,57 manat əsas, 2826,17 manat faiz və 200 manat cərimə borcu olmaqla cəmi 15750,74 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı idi. Tutma ipoteka predmeti olan X8 mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev 17, 11 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracda satılaraq hərracdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli idi. Qərarda göstərilir ki, borclu X15 icra vərəqəsi üzrə qeyd edilən borcdan 13380,74 manat borcu ittifaqın xeyrinə ödəmiş, qalan 2400 manat isə borclu xəstə olduğundan əri X5 tərəfindən ödənilmişdir. Ərizəçi bildirir ki, X2 özünün kredit ittifaqına borcu olmuşdur və o, həmin borcuna görə ödəməli olduğu ödənişləri etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi verdiyi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin onu da bildirmişdir ki, "xxxx" MMC-nin Kapital Bankda bir müxbir hesabı olmuşdur və bütün borclu müştərilər tərəfindən olunan ödənişlər həmin müxbir hesaba ödənilmişdir.xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarın qanunsuz və əsassız olduğunu bildirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə ərizəçi ilə eyni məzmunda izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru Vəfa Ələkbərov izahat verərək bildirmişdir ki, borclu X15 2022-ci ilin may ayının əvvəllərində şöbəyə gələrək "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 ilə öz aralarında razılığa gəldiklərini bildirmişdir. Bundan sonra C.Ocaqverdiyevlə telefon vasitəsilə əlaqə saxlanılmış, o, borclu X15 ilə razılaşdığını və bu barədə rəsmi ərizəsini Maraqlı şəxsnə təqdim edəcəyini bildirmişdir. Sonradan sözügedən icra vərəqəsi üzrə ödəniş edilmədiyindən hərrac keçirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə tələbkar və borclu yenidən şöbəyə şifahi müraciət edərək razılaşdıqlarını bildirmişlər. Qeyd olunanları və borclunun şəhid anası olmasını, yeganə mülkrəri olan həmin evdə yaşadıqlarını nəzərə alaraq hərrac müvəqqəti dayandırılmışdır. Bundan sonra borclu razılaşmaya uyğun mütəmadi olaraq ödəniş edərək borcunu tam ödəmişdir. Ödəniş qəbzləri məhkəməyə də təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs icra məmuru Anar Hacıyev V.Ələkbərovla oxşar məzmunda izahat verərək Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarının tam əsaslı olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ümumiyyətlə o, "xxxx" MMC-dən kredit götürməmiş və heç bir sənədə imza etməmişdir. Həmin krediti onun adından X6 götürmüş, lakin rəsmiyyətdə onun adı keçmişdir. "xxxx" MMC ona qarşı kredit borcunun qaytarılması barədə iddia qaldırsa da, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-260/2022 saylı qətnaməsinə əsasən iddia müddəti keçdiyi üçün iddia rədd olunmuşdur. Həmçinin onu da ifadə etmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən borclu olmuş, rəsmi nikahda olduğu X15 həmin icra sənədi üzrə vaxtaşırı olaraq öhdəliyini yerinə yetirmişdir. Lakin 2022-ci ilin dekabr ayından başlayaraq onun səhhəti pisləşmiş və yataq xəstəsi olmuşdur. Buna görə də X15 "xxxx" MMC-yə olunası ödənişləri təxminən 3-4 dəfə ödənilməsi üçün ona vermiş və o da həmin ödənişləri "xxxx" MMC-nin Kapital Bankda olan hesabına ödəmişdir. Kapital Banka onun tərəfindən ödənilmiş 2400 manat məbləğində pul Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-260/2022 saylı qətnaməsinə əsasən iddia müddəti keçdiyi üçün rədd olunmuş tələb üzrə öhdəliyin icrası üçün ödənilməmişdir. Həmin 2400 manat məbləğində pul X9 Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən borclu olduğu öhdəliyin icra olunması üçün ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-yə olan ödənişlərini vaxtaşırı olaraq Kapital Banka ödəmişdir. Lakin 2022-ci ilin dekabr ayından başlayaraq onun səhhəti pisləşmiş və yataq xəstəsi olmuşdur. Buna görə də o, "xxxx" MMC-yə olan borcu ilə bağlı ödənişləri 4 dəfə cəmi 2400 manat olmaqla Kapital Banka ödənilməsi üçün əri X4 vermişdir. Həmçinin onu da bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-260/2022 saylı qətnaməsinə əsasən iddia müddəti keçdiyi üçün rədd olunmuş tələb üzrə o borclu olduğu üçün Kapital Banka müraciət etmiş və bankdan bildirilmişdir ki, əri X2 "xxxx" MMC-yə olan 2500 manat məbləğində borcu hal-hazırda qalmaqdadır. X1 əri X5 tərəfindən ödənilmiş 2400 manat məbləğində pulun özünün "xxxx" MMC-yə olan borcu ilə bağlı ödədiyini iddia edirsə, onda əri X2 "xxxx" MMC-yə olan 2500 manat məbləğində borcu hal-hazırda qalmamalı idi. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-260/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X5 və X11 qarşı 2269 manat əsas, 1025 manat faiz və 600 manat cərimə borcu olmaqla ümumilikdə 3894 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun cavabdehlərdən tutulması barədə iddiası tələb üzrə iddia müddəti keçdiyi üçün rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu X7 tələbkar "xxxx"nın xeyrinə 12724,57 manat əsas, 2826,17 manat faiz və 200 manat cərimə borcu olmaqla cəmi 15750,74 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Tutma ipoteka predmeti olan X8 mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev 17, 11 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracda satılaraq hərracdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3530 nömrəli sifarişin surətindən müəyyən edilir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə X8 mülkiyyətində olan, banka ipoteka qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlak Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev 17, 11 saylı mənzilin açıq hərracda satılması üçün "xxxx" MMC-dən hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 351/22 saylı hərrac bildirişinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 3530 nömrəli sifariş məktubuna əsasən X12 məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmış, ilkin satış qiyməti 30000 manat təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)- 266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icraatı müvəqqəti olaraq dayandırılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, borclu X15 xx.xx.2022-ci il tarixli ərizə ilə Maraqlı şəxsnə müraciət edərək oğlu X8 xx.xx.2022-ci il tarixdə müqavilənin daşınmaz əmlakın ipotekaya qoyulması hissəsində etibarsız hesab olunması barədə iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etdiyini, ərizənin icraata götürüldüyünü bildirmiş və qeyd olunan icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən müəyyən edilir ki, X10 xx.xx.2023-cü il tarixdə “Qarnın ön divarı yırtığının ləğvi, total histektomiya” əməliyyatı icra olunmuşdur. Əməliyyat fəsadsız keçmiş, yara birincili sağalmışdır. X15 xx.xx.2023-cü il tarixdə sağalma ilə cərrahın, terapevtin və ginekoloqun ambulator nəzarətinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1036 nömrəli sifarişin surətindən müəyyən edilir ki, həmin tarixdə borclunun icra vərəqəsi üzrə 10091 manat borcu olmuş və icranın davam etdirilməsi üçün X8 mülkiyyətində olan, banka ipoteka qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlak Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev 17, 11 saylı mənzilin aşıq hərracda satılması üçün "xxxx" MMCdən hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın və ödəniş qəbzlərinin surətindən müəyyən edilir ki, borclu X15 xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 470 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə 400 manat pulu "xxxx" MMCnin hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən müəyyən olunur "xxxx" MMCyə olan 15750,74 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, həmçinin 1105 manat məbləğində 7% icra ödənişi tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci tarixdə verilmiş icra vərəqəsinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş arayışın surətindən müəyyən olunur ki, 28 may 1978ci il tarixdə X5 ilə X15 arasında nikah qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 431.1-ci madəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2-ci madəsinə görə kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə iş materiallarında olan sübutlara əsasən və yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, tələbkar X3 ərizəsi təmin edilməməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclu X7 tələbkar "xxxx"nın xeyrinə 12724,57 manat əsas, 2826,17 manat faiz və 200 manat cərimə borcu olmaqla cəmi 15750,74 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulmalı, tutma ipoteka predmeti olan X8 mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi ev 17, 11 saylı mənzilə yönəldilməli və həmin mənzil açıq hərracda satılaraq hərracdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 30000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayan – iddiaçının tələbindən artıq olduğu təqdirdə artıq olan məbləğ borclu – cavabdehə qaytarılmalıdır. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş, həmin tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu X11 göndərilmişdir. Borclu razılaşmaya uyğun olaraq tələbkarın xeyrinə mütəmadi ödənişlər etmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ödəniş edərək icra vərəqəsi üzrə 15780,74 manat vəsaiti tələbkarın xeyrinə tam olaraq ödəmişdir. Tələbkarın etiraz etdiyi hissəyə - borclunun əri X5 tərəfindən ödənilmiş 2400 manat vəsaitə münasibətdə məhkəmə bildirir ki, iş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan xeyrinə ümumilikdə 3894 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-260/2022 saylı qətnaməsi ilə iddia tələbi iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Belə olan halda, X9 əri X5 tərəfindən ödənilmiş 2400 manat vəsaitin öz öhdəliyinin icrası məqəsdilə ödəməsi kimi qəbul olunması həqiqətə uyğun görsənmir. Nəzərə alsaq ki, X4 qarşı "xxxx" MMC tərəfindən irəli sürülmüş iddia tələbi onun təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsasında xx.xx.2022-ci il tarixdə rədd olunmuş və təxminən 10 ay sonra, yəni 2022-ci ilin dekabr ayından başlayaraq 4 dəfə olmaqla cəmi 2400 manat məbləğində pulu "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına ödəmiş, eyni zamanda nəzərə alsaq ki, "xxxx" MMC-nin "xxxx" ASC-də bütün müştərilər üçün yalnız bir müxbir hesabı vardır, belə olan halda məhkəmə hesab edir ki, X5 tərəfindən ödənilmiş 2400 manat vəsait arvadı X9 "xxxx" MMC qarşısında olan öhdəliyinin icrasını ifadə edir. Odur ki, borclunun səhhətində problemlər olduğu dövr ərzində X5 tərəfində ödənilmiş 2400 manat məbləğində vəsait əvəllki borca deyil, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə ödənişə şamil edilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə tələbkara olan borc məbləği xx.xx.2024-cü il tarixdə tam ödənildiyinə, icra ödənişi cəmi 1105 manat isə xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs depozit hesabına ödənildiyinə görə xx.xx.2024-cü il tarixli qərarla Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsinin icraatına xitam verilmiş, bu barədə məhkəməyə və tərəflərə məlumat verilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X3 Maraqlı şəxs icra məmuru Anar Hacıyevin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2, 130.1, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Maraqlı şəxs icra məmuru Anar Hacıyevin xx.xx.2024-cü il tarixli “icra vərəqəsi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətinə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar