Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-43/2023 05.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, icra sənədi üzrə tələbkar X1 iştirakı ilə, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək bildirmişdir ki, 04 mart 2021-ci il tarixli qərarla icraatma başladığı Füzuli Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(064)-270/2021 saylı icra vərəqəsinə ssasən borclu) X3 xx.xx.2020-ci il tarixdən etibarən azyaşlı xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X9 zurnan qızının xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə 04 mart 2021-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, tələbin könüllü icrası haqqında bildiriş və qərar icra olunması üçün Borclu rəsməjn təqdim olunmlşdur. Borclu icra vərəqəsi üzrə 3.735 manat pulu tələbkar X1 xeyrinə ödəmişdir. Borclu elektron çıxarışında görünür o, xarici öləklərə getmək üçün respubılika sərhədindən bir neçə dəfə çıxmışdır. Borclu qalan borcun tələbkar X2 xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Tələbkar icra vərəqəsi qzrə ödənilməmiş qalan 3.735 manat pulun Borclu alınaraq onun xeyrinə ödənilməsini tələb etdiyini, əks halda müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. Odur ki, yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X5 bildirdi ki, Borclu bir neçə dəfə ölkə hüdudlarından kənara çıxmışdır. Hazırda ödənilməmiş aliment borcu 4.000 manata yaxındır. Odur ki, təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Daxil olmuş sənədlərdən göründüyü kimi, icra sənədi üzrə Borclu borcu 3.735 manat təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun adına daşınar və daşınmaz əmlaklar, eləcə də stabil aylıq gəlir aşkar olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatı təmin edilsin. İcra sənədi üzrə borclu - xx.xx.1988-ci il tarixində Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-43/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-43/2023
05.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver