Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-43/2024 13.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının, Məmmədli İqbal Sifayədddin oğlunun katibliyi ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Füzuli rayon icra şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu - Borclu məxsus olan "VAZ 2107" minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 812/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən mülki iddianın qismən təmin edilməsi, Borclu cəmi 17383 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsi, tələbin borclunun mülkiyyətində olan "VAZ-21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin hesabına tələbkara vurulmuş ziyanın ödənilməsi, "VAZ- 21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar 31 may 2024-cü il tarixli ərizə ilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Borclu ilə aralarında olan razılığa əsasən "VAZ-21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini təşkil edən cəmi 3000 (üç min) manat pulun Borclu tərəfindən onun xeyrinə tam ödənildiyini və 14 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin avtomobildən imtina etdiyini bildirmiş, "VAZ-21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmamasını və həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İş üzrə Füzuli Rayon İcra və Probasiya şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 17383 manat məbləğində pul Tələbkar xeyrinə tutulması, tələbin borclunun mülkiyyətində olan "VAZ-21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin hesabına tələbkara vurulmuş ziyanın ödənilməsi hökm edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı, xx.xx.2021-ci il hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə mülki iddianın təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan "VAZ-21074" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. -Tələbkar notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd olunur ki, o, Borclu adına olan **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobildən imtina edir. -Tələbkar tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31 may 2024-cü il tarixli ərizədə borclu ilə aralarında olan razılığa əsasən "VAZ-21074" markalı **- XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini təşkil edən cəmi 3000 (üç min) manat pulun Borclu tərəfindən onun xeyrinə tam ödənildiyini və 14 dekabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin avtomobildən imtina etdiyini bildirərək "VAZ-21074" markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmamasını və həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Odur ki, məhkəmə hesab edir ki, Borclu icra sənədi üzrə tutulmalı olan vəsaiti tələbkara ödədiyindən, tələbkar da pul vəsaitinin ona ödənilməsi əsası ilə avtomobilin açıq hərracdan satılmasına dair icra sənədinin icrasından imtina etdiyindən, bununla da həmin avtomobil üzərində həbsin saxlanılmasına dair zərurət aradan qalxdığından təqdimat təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus olan "VAZ-2107" minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-812/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə borclu - Borclu məxsus olan "VAZ-2107" minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(064)-43/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-43/2024
13.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver