Məhkəmə qərarları › İş №8(064)-44/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-44/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-44/2023 13.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Tələbkar ASC tərəfindən icra məmurunun qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İcra sənədi üzrə Tələbkar ASC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Xəzər rayon İcra şöbəsinin icra məmuru A.Nəcəfovun 23 dekabr 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Tələbkar ASC cavabdeh X1 963,23 manat məbləğində pul vəsaitinin tutulması barədə Füzuli Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi adı çəkilən məhkəmənin 29 noyabr 2021-ci il tarixli, 2(064)-134/2015 saylı qətnaməsi ilə təmin edilmişdir və qətnamə icraya yönəlmişdir. Lakin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfov cavabdeh Borclu 963.23 manat məbləğində pul vəsaitinin tutulması barədə icra sənədini icra edərkən 23 dekabr 2022-ci il tarixli qərarla icra sənədi qaytarılmışdır. Belə ki, sözü gedən qərarda Borclu Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşaması ehtimal olunan ünvana baxış keçirilməsi, lakin Borclu orada olmaması, (habelə Borclu mülkiyyətində hər hansı bir əmlakın, eyni zamanda heç bir gəlirinin də olmadığı qeyd edilməklə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanlnunun 23.1.2 və 23.1.3-cü maddələrinə istinad edilmişdir. İlk öncə bunu qeyd etmək lazımdır ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.2-ci maddəsinə əsasən borc fiziki şəxsin yaşayış yerini müəyyən etmək mümkün olmaması əsası ilə icra sənədi qaytarıla bilməz. Eyni zamanda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikaxı Qanununa əsasan, səxsin yeri həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və drayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsjaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri müəyyən edilməsi barədə sənədlər siyahısına Azərbaycan Respublikasının vətəndaşı üçün yalnız şəxsiyyət vəsiqəsi başa düşülür. Şikayələ əlavə edilən Borclu məxsus AZE 06199478 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri Füzuli rayonu 28 Aprel küçəsi, ev 22-dir. Ona görə də, Xəzər rayon icra şöbəsinin icra məmuru Aqil Nəcəfov qərarında qeyd etdiyi xüsusat olan Borclu yaşayış yerinin olmaması əsası reallıqda mövcud deyildir. Bundan başqa, məhkəmə qətnaməsinə əsasən Borclu 963,62 məbləğində pul vəsaiti tutulub TuranBank ASC-yə ödənilməlidir, lakin icra sənədinin geri qaytarılması haqqında qərarda isə onun mülkiyyətində hər hansı bir əmlakın olmadığı əsas göstərilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddəsinə istinad edilmişdir. İcra işi tərəfimizdən təhlil edilərkən müəyyən edilmişdir ki, Borclu banka olan borcu 963,62 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayətlə əlaqədar olaraq iddiaçı Tələbkar ASC-nin cavabdeh X2 qarşı 963,23 manat pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi üzrə 2(064)-134/2015 saylı mülki iş öyrənilmişdir. Həmin mülki işə əlavə olunmuş müvafiq sənədlərlə müəyyən olunur ki, icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Yazıçılar evi adlanan ünvanda olmuş və müəyyən edilmişdir ki, borclu qeyd olunan ünvanda yaşamır, eləcə də həmin ünvanda tələbin ödənilməsi üçün hər hansı əmlak aşkar edilməmişdir. Bu barədə xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixlərdə müvafiq aktlar da tərtib edilərək icra işinə əlavə edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. M a d d ə 4 3 . Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, Bakı şəhər Xəzər rayon İcra şöbəsinin icra məmuru A.Nəcəfovun 23 dekabr 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilərək icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhər Xəzər rayon İcra şöbəsinin icra məmuru A.Nəcəfovun 23 dekabr 2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilsin və Füzuli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)-134/2015 saylı məhkəmə əmri üzrə icra tədbirləri davam etdirilsin. Bakı şəhər Xəzər rayon İcra şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar