Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-46/2023 13.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin LƏSF-nin nümayəndəsi E.Quliyevin şikayətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İcra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin LƏSF-nin nümayəndəsi E.Quliyev Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunmasını və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən şikayət icra sənədi üzrə tələbkarın nümayəndəsi E.Quliyevə qaytarılmaqla ona göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah edilməlidir. Belə ki, icra sənədi üzrə tələbkarın nümayəndəsi E.Quliyev Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarından məhkəməyə şikayət versə də həmin qərarı şikayətinə əlavə etməmişdir. Məhkəmə onu da qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununda icra sənədinin məhkəməyə qaytarılması haqqında icra məmurunun qərarından şikayətin geri qaytarılması halı nəzərdə tutulmamışdır. Lakin məhkəmə qeyd olunan məsələnin həlli və çıxış yolu kimi MPM-in 13.4-cü maddəsinə isnad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, qeyd olunan normanın tələbindən yararlanaraq məhkəmə MPM-in iddia ərizəsinin qaytarılmasından bəhs edən 152-ci maddəsinə isnad edir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri. Beləliklə də, məhkəmə qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və MPM-in 260-269-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin LƏSF-nin nümayəndəsi E.Quliyevin şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İcra sənədi üzrə tələbkar LPO "xxxx" ASC-nin LƏSF-nin nümayəndəsi E.Quliyevə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarını əlavə etdikdən sonra yenidən məhkəməyə şikayət verməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-46/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-46/2023
13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver