Məhkəmə qərarları › İş №8(064)-47/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-47/2023

25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-47/2023 25.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək adına olan “Mercedes 20 DKB Mikroavtobus” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbisin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu ərizəsini belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-yə kredit borcu olduğundan məhkəmənin qərarına əsasən ona məxsus olan “Mercedes 20 DKB Mikroavtobus” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı aftomaşınının üzərindən həbis qoyulmuşdur. Hazırda onun tərəfindən iddiaçıya olan borc tam ödənildiyi üçün, ona məxsus olan avtomobilin üzərindən həbisin götürülməsini xahiş edir. Ərizəyə əlavə edilmiş Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ş.Səfərovun xx.xx.2023-cü tarixli icra sənəti üzrə icrata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə Borclu tərəfindən tələbkar "xxxx" MMC-yə olan borc tam şəkildə ödənildiyindən Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(064)-51/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tələbin ödənilməsi üçün Borclu məxsus olan “Mercedes 20 DKB Mikroavtobus” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin icra sənədi borclu tərəfindən tam şəkildə icra edilmiş və Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, borclunun adına qeydə alınmış avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu ərizəsi təmin olunsun. Borclu məxsus “Mercedes 20 DKB Mikroavtobus” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Füzuli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar