Məhkəmə qərarları › İş №8(064)-47/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-47/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-47/2024 12.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(106)-2798/2019 saylı qətnaməsinə əsasən 10 fevral 2020-ci il tarixdə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəməyə təqdimatla müraciət edərək Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(106)-2798/2019 saylı qətnaməsinə əsasən 10 fevral 2020-ci il tarixdə verilmiş icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, 25 fevral 2020-ci il tarixli qərarla icraatına başladığı, Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(106)2798/2019 saylı qətnaməsi üzrə 10 fevral 2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən tələbkar X6 azyaşlı Rəsul adlı uşağı ilə birlikdə borclular Borclu və X2 istifadəsində olan Füzuli rayonu, Araz Dilağarda kəndində yerləşən evə köçürülməlidir. Tələbkar Rüstəmli (İbrahimli) Dünya Şahbaz qızı 23 iyul 2024-cü il tarixli ərizə ilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, qeyd olunan icra vərəqəsi üzrə azyaşlı Rəsul adlı uşağı ilə birlikdə borclular Borclu və X2 istifadəsində olan Füzuli rayonu, Araz Dilağarda kəndində yerləşən evə köçürülməsi barədə tələbindən imtina etdiyini, Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(106)2798/2019 saylı qətnaməsi üzrə 10 fevral 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar borclular Borclu və X1 heç bir evə köçürülmə tələbinin olmadığını bildirmiş və icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə təqdimata baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra sənədi üzrə tələbkar Rüstəmli (İbrahimli) Dünya Şahbaz qızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, azyaşlı Rəsul adlı uşağı ilə birlikdə borclular Borclu və X2 istifadəsində olan Füzuli rayonu, Araz Dilağarda kəndində yerləşən evə köçürülmə tələbindən imtina etdiyini bildirmiş və Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(106)- 2798/2019 saylı icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, tələbkarın tələbdən imtina etməsi qəbul edilməlidir. Şərh edilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə tələbkar Rüstəmli (İbrahimli) Dünya Şahbaz qızının Şirvan Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(106)-2798/2019 saylı icra sənədi üzrə tələbdən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar