Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-48/2023 27.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında təqdimata baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Vəfa Ələkbərov məhkəməyə təqdimatla müraciət edərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (064)- 1410/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, 04 noyabr 2021-ci tarixli qərarla icraatına başlanılmış, Füzuli Rayon Məhlcəıı.əsi nin 20 oktyabr 2021-ci il tarixli 2(064)-1410/2021 saylı icra vərəqəsinə əsasən borclu X1 xx.xx.2021-ci il tarixdən etibarən azyaşlı xx.xx.2015-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu alınaraq tələbkar Babayeva (Abbasova) Zərif Adşirin qızının xeyrinə ödənilməlidir. Tələbkar Babayeva (Abbasova) Zərif Adşirin qızının qızı 19 oktyabr 2023-cü il tarixdə ərizə ilə Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Borclu qarşı aliment tələbindən imtina etdiyini, Füzuli Rayon Məlıkəır əsijıin 20 oktyabr 2021-ci il tarixli 2(064)-1410/2021 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Borclu heç bir aliment tələbinin olmadığını bildirmiş və qeyd edilən icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İcra sənədi üzrə tələbkar Babayeva (Abbasova) Zərif Adşirin qızı bildirdi ki, borclu ilə barışdığından öz tələbindən imtina edir və işə xitam verilməsini xahiş edir. İcra sənədi üzrə Borclu bildirdi ki, hazırda tələbkarla barışmışdır, odur ki, icra işinə xitam verilməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası qəbul olunmalı və xx.xx.2021-ci il tarixli, 2 (064)-1410/2021 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. İcra sənədi üzrə tələbkar Babayeva (Abbasova) Zərif Adşirin qızının tələbdən imtinası qəbul edilsin və Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (064)- 1410/2021 saylı icra sənədi üzrə icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №8(064)-48/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-48/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver