Məhkəmə qərarları › İş №8(064)-49/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-49/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-49/2024 30.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin 2(064)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Füzuli Rayon İcra Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 2(064)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu - Borclu məxsus olan "QAZ **********6194" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Füzuli Rayon İcra Şöbəsinin böyük icra məmuru Vəfa Ələkbərov təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-462/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən mülki iddianın təmin edilməsi, cavabdehlər Borclu, X3 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli, **********4398 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1607,5 manat və eyni tarixli **********491 saylı kredit müqaviləsinə əsasən 1854,82 USD, faiz borcu üzrə 281 USD olmaqla cəmi 2135,82 USD borc və dövlət nəfinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb tələbkar “Finca Azerbaijan” MM QBKT-na ödənilməsi qət edilmişdir. İcra sənədi qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Görülmüş icra tədbirləri nəticəsində Borclu adına "QAZ **********6194" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar “Finca Azerbaijan” MM QBKT-nin Füzuli Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş məktubunda borclular Borclu, X3 və X2 borcları tam olaraq ödəməsi göstərilmişdir. Odur ki, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərov təqdimatla məhkəməyə müraciət edərək borclunun əmlakının üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. İş üzrə Füzuli Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin 2(064)-462/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu, X3 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli, **********4398 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1607,5 manat və eyni tarixli **********491 saylı kredit müqaviləsinə əsasən 1854,82 USD, faiz borcu üzrə 281 USD olmaqla cəmi 2135,82 USD borc və dövlət nəfinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb tələbkar “Finca Azerbaijan” MM QBKT-na ödənilməsi qət edilmişdir. -Tələbkar “Finca Azerbaijan” MM QBKT-nin xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən müəyyən edilir ki, borclular Borclu, X3 və X4 tələbkara olan borclarını tam ödəmişlər . -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-462/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Odur ki, məhkəmə hesab edir ki, Borclu icra sənədi üzrə tutulmalı olan vəsaiti tələbkara ödədiyindən, bununla da həmin avtomobil üzərində həbsin saxlanılmasına dair zərurət aradan qalxdığından təqdimat təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)- 462/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə borcluya məxsus olan "QAZ **********6194" markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “QAZ **********6194” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar