Məhkəmə qərarları › İş №8(064)-5/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-5/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-5/2023 23.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Füzuli rayon İcra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Füzuli rayon İcra və probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydə alınmış 1996-cı il “CREAT WALL WİNGLE 5 MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatda göstərilmişdir ki, 04 may 2022-ci il tarixli qərarla icraatına başladığım, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2006-cı il tarixli 2-3435/2006 saylı qətnaməsi üzrə 27 may 2011-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən 01 noyabr 2006-cı il tarixdən başlayaraq hə ay Borclu 30 may 2004-cii il təvəllüdlü hüseynin yetkinlik yaşına çatnadək saxlanılması 70 (yetmiş) manat, 30 may 2004-cü il təvəllüdlü Hüseynin doğulduğu gündən 3 il tamam olanadək iddaçının saxlanılması üşün 30(otuz) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir.Qeyd edilən icra vərəqəsi üzrə Borclu 11760 manat borcu vardır. Borclu şəxsi məlumatlarından elektron çıxarışdan görünür ki, onun adma 1996-cı il “CREAT WALL WİNGLE 5 MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Təqdimata əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, icra sənədinin icrasının könüllü təmin olunması məqsədi ilə Borclu 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbi könüllü icra etməmişdir. Borclunun yaşadığı ünvanı və ona məxsus əmlakı müəyyən etmək məqsədi ilə məcburi icra tədbirləri həyata keçirilərək borclunun adına əmlakın olubolmaması barədə müvafiq təşkilatlara sorğular edilmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin sorğuya cavabından Borclu adına 1996-cı il “CREAT WALL WİNGLE 5 MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyatda olması məlum olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsində qeyd olunur ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasn məhkəmənin qərardadı ilə qoyulur. 50.5-ci maddəsinə görə, üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu adına qeyd olunmuş 1996-cı il “CREAT WALL WİNGLE 5 MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

1. Təqdimat təmin edilsin.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2006-cı il tarixli 2-3435/2006 saylı icra sənədi üzrə borcun ödənilməsi üçün tələb Borclu adına qeydiyyatda olan 1996-cı il “CREAT WALL WİNGLE 5 MİNİK” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və bu məqsədlə qeyd olunan avtomobilin üzərinə həbs qoyulsun.

3. Qərardadın icrası Füzuli rayon İcra və probasiya şöbəsinə tapşırılsın.

4. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar