Məhkəmə qərarları › İş №8(064)-5/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-5/2025

31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-5/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1841/2016 saylı icra sənədi üzrə borclu X2 məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Füzuli Rayon İcra Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1841/2016 saylı icra sənədi üzrə borclu - X2 məxsus olan Mersedes Benz C200 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Füzuli Rayon İcra Şöbəsinin böyük icra məmuru Vəfa Ələkbərov təqdimatla məhkəməyə müraciət edərək borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli 2(006)-1841/2016 saylı qətnaməsi üzrə 19 may 2016-cı il tarixdə verilmiş icra vərəqəsinə əsasən borclular X3 və Borclu birgə qaydada əsas borc üzrə 8071 ABŞ dolları, faiz borcu üzrə 3202 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 12273 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb tələbkar “Nikoyl” X1 hesabına ödənilməlidir. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq icraya yönəldilmiş və həmin Qanunun 8-ci maddəsinə əsasən icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu adma Mersedes Benz C200 markalı **- EM-*** qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Tələbkar “Nikoyl” X1 Füzuli rayonu İcra və Probasiya Şöbəsinə daxil olmuş məktubunda borclular X3 və Borclu borcları tam olaraq ödənilməsi göstərilmişdir. Odur ki, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərov təqdimatla məhkəməyə müraciət edərək borclunun əmlakının üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. İş üzrə Füzuli Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan: - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-1841/2016 saylı icra sənədinə əsasən müəyyən olunur ki, borclular X3 və Borclu birgə qaydada əsas borc üzrə 8071 ABŞ dolları, faiz borcu üzrə 3202 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 12273 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb tələbkar “Nikoyl” X1 hesabına ödənilməsi qət edilmişdir. -Tələbkar “Nikoyl” X1 xx.xx.2019-cu il tarixli arayışının surətindən müəyyən edilir ki, borclular X3 və Borclu tələbkara olan borclarını tam ödəmişlər . -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 1841/2016 saylı icra sənədinin icraatına xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, Məhkəmə hesab edir ki, borclu X4 icra sənədi üzrə tutulmalı olan vəsaiti tam olaraq tələbkara ödədiyindən, bununla da həmin avtomobil üzərində həbsin saxlanılmasına dair zərurət aradan qalxdığından təqdimat təmin edilməli, borcluya məxsus olan Mersedes Benz C200 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. X2 məxsus olan Mersedes Benz C200 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar