Məhkəmə qərarları › İş №8(064)-50/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-50/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-50/2023 30.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və inzibati xəta haqqında təqdimat vermiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 iştirakları ilə, Füzuli Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(064)940/2023 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(064)940/2023 nömrəli icra sənədi üzrə Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Füzuli RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 21 avqust 2023-cü il tarixli qərarla icraatına başlanmış Füzuli Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(064)-940/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) cəmi 1071.24 manat məbləğində pul tutulub tələbkar "xxxx" KB ASC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borcluya icra sənədini icra etməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu icra məmurunun həmin qətnamənin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirmir və icra sənədi ilə bağlı Füzuli RİPŞ-ya gəlməmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X2 izahatında təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və İcra sənədi üzrə işin faktiki hallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(064)940/2023 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Füzuli RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx xxxxxx 1993-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayan Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Füzuli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar