Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-50/2025 07.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-232/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1 təqdimatına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimatda Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 232/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 11 aprel 2023-cü il tarixli qərarla icraatına başladığım, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(064)-232/2023 saylı icra sənədinə əsasən Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 12.947,30 (on iki min doqquz yüz qırx yeddi manat otuz qəpik) manat borc və ödənilmiş 128.84 (yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır.İcra sənədi üzrə 11 aprel 2023-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, tələbin könüllü icrası haqqında bildiriş və qərar icra olunması üçün Borclu rəsmən təqdim olunmuşdur.Borclu icra sənədi üzrə ödənilməmiş qalan cəmi 9067,73 (doqquz min altmış yeddi manat yetmiş üç qəpik) manat borcunu tələbkar "xxxx" ASC-nin xeyrinə ödəməmişdir.Borclu icra sənədi üzrə borcunu tələbkar "xxxx" ASC-nin xeyrinə ödəməsi üçün rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, üzürsüz səbəbdən borcunu ödəməmişdir.Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İcra məmuruna, borcluya və tələbkara məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İşin hallarından göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci və 84-1.2-ci maddələrinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə hesab edir ki, icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını (məhkəmə həmin sənədlərin məzmununu təqdimatda olduğu kimi göstərildiyinə görə təkrarlamağa zərurət bilmir), eləcə də Füzuli rayon İcra və Probasiya şöbəsinin icra sənədini tam icra etməsi üçün borclunu xəbərdarlıq etməsini, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini, icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(064)-232/2023 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx.xx.1995-ci ildə Sabirabad rayonunun Qalaqain kəndində doğulmuş, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(064)-50/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-50/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver