Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-51/2025 02.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-1014/2014 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzivəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimata Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin rəis vəzivəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X2 verdiyi təqdimatda məhkəmədən Füzuli Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(064)-1014/2014 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli qərarla icraatına başlanılmış Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-1014/2014 nömrəli icra sənədinə əsasən Borclu (bundan sonra - Borclu) 6147,07 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə (bundan sonra – Tələbkar) ödənilməlidir. Borclu bu vaxta kimi icra sənədinin icrasını tam şəkildə təmin etməmişdir. Borclunun cəmi 5709,16 manat məblğində borcu ödənilməmiş qalmışdır. Odur ki, icranın təmin edilməsi məqsədilə Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə təqdimata baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında icra məmurunun Borclunu icra sənədini tam icra etməsi ilə bağlı lazımı qaydada xəbərdar etməsi, lakin Borclu tərəfindən icra sənədi üzürsüz səbəbdən tam icra etdilmədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, bu hal Borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)- 1014/2014 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Təqdimat təmin edilsin. Borclu – xx.xx.1987-ci il təvəllüdlü, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu,Kürdmahmudlu kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-51/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-51/2025
02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver