Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-52/2023 18.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Tələbkar ASC tərəfindən Füzuli rayon icra və probasiya şöbəsinin 24 may 2023-cü il tarixli icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Tələbkar ASC məhkəməyə ərizə ilə müraciət edərək Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar ASC şikayətini belə əsaslandırmışdır ki, Füzuli rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-2133 saylı era qeydinə əsasən Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 944,18 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qeyd edilmiş və icra sənədi icra olunması üçün Füzuli rayon İcra və Probasiya.şöbəsi nə göndərilmişdir. İcra qeydinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu icra sənədini icra etməmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Füzuli rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 81-2(33 saylı icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konktet) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və Üııvanl rndığı hüquqi vs| ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncan və ya digər növ hakimiyyət tədbiridir, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibqti icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılır. Həmin şikayətə və ona əlavə olunmuş sənədlərə, eləcə də icra işinin materiallarına baxaraq məhkəmə hesab edir ki, aşağıdakılara əsasən şikayət əsaslı olduğundan təmin edilməli və Füzuli rayon İcra və Probasiya şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə geri qaytarılması haqqında 24 may 2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. M a d d ə 4 3 . Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab edir ki, icra sənədi üzrə icra tədbirləri davam etdirilərək icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakı müəyyən edilməlidir. Beləliklə də, məhkəmə qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17,19, 21 və MPM-in 260-269-cu maddələrini rəhbər tutaraq, QƏRARVERDİ:
1. İcra sənədi üzrə Tələbkar ASC-nin şikayəti təmin edilsin.
2. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması barədə 24 may 2023-cü il tarixli qərarı ləğv olunsun.
3. Füzuli Rayon dövlət notariat ofisinin 26 oktyabr 2021-ci il tarixli, 8İ-2439 saylı icra qeydi yenidən Füzuli rayon İcra və Probasiya şöbəsinə göndərilməklə icra qeydi üzrə icra tədbirləri davam etdirilsin.
4. Füzuli rayon İcra və Probasiya şöbəsinə icra sənədi üzrə borclunun gəliri və tələbin yönəldilə biləcəyi əmlakın müəyyən edilməsi istiqamətində müvafiq icra tədbirlərini davam etdirməsi izah olunsun.
5. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov