Məhkəmə qərarları › İş №8(064)-53/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-53/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-53/2023 18.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məhkəmənin qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 23 mart 2022-ci il tarixli 2(064)-266/2022 saylı icra vərəqəsinə əsasən ondan cəmi 15.750,74 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan və oğlum X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 mənzilə yönəldilməli və həmin mənzil açıq hərracdan satılmaqla hərracdan əldə vəsait borcun ödənilməsinə yönəldilməlidir. O, şəhid ailəsi üzvüdür və 5 nəfərdən ibarət ailədə yeganə gətirən şəxsdir. Açıq hərracda satılması nəzərdə tutulan mənzil onun və digər ailə üzvlərinin hazırda yaşadığı mənzildir və başqa yaşayış yeri yoxdur. O, icra vərəqəsi üzrə borcundan cəmi 6689,74 manat pulu tələbkar "xxxx" MMC-nin xeyrinə ödəmişdir. Həmçinin, tələbkardan kredit pulunu götürərkən, 1500 manat pul da pay haqqı olaraq tələbkarın depozitində saxlanılmışdır. İcra ərəqəsi üzrə qalan borcunu ödəməkdən imtina etmir. Lakin borcunu bir dəfəyə ödəməyə də heç cür maddi imkanı çatmır. İcra vərəqəsi üzrə qalan borcunu 6 ay müddətində tələbkar "xxxx" MMC-nin xeyrinə tam ödəyəcəyinə söz verir. Ona görə də, qeyd olunan icra vərəqəsi üzrə qalan borcunu tələbkar "xxxx" MMC-nin xeyrinə tam ödəməyi üçün ona 6 ay möhlət verilməsini xahiş edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-266/2022 saylı icra sənədinə əsasən, Borclu tələbkar "xxxx" MMC-nin xeyrinə 12.724,57 manat əsas borc, 2.826,17 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla cəmi 15.750,74 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat tutulmuşdur. Tutma ipoteka predmeti olan X1 mülkiyyətində olan Füzuli rayonu, Horadiz şəhəri, Q.Namazəliyev küçəsi, ev 17, 11 saylı mənzilə yönəldilmiş və həmin mənzil açıq hərracdan satılmaqla hərracdan əldə olunmuş vəsat borcun ödənilməsinə yönəldilmişdir. Hazırda icra sənədi üzrə Borclu həmin qətnamənin icrasına 6 ay möhlət verilməsini xahiş etmiş, lakin tələbkarın nümayəndəsi buna razılıq verməsi ilə bağlı məhkəməyə ərizə verməmişdir. Azərbaycan Repsublikası MPM-in 231.5-ci maddəsində deyilir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPMin 231, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar