Məhkəmə qərarları › İş №8(064)-56/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-56/2024

04.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-56/2024 04.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun Borclu məxsus “VAZ 21063” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun Borclu məxsus XTA210630D0889700 ban nömrəli, “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Notariat Kontorunun 1114 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 284,28 manat məbləğində pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlama haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus XTA210630D0889700 ban nömrəli, “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vəfa Ələkbərovun Borclu məxsus XTA210630D0889700 ban nömrəli, “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Füzuli Rayon Notariat Kontorunun 1114 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 284,28 manat məbləğində pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin çıxarışından görünür ki, “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamış, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilmədikdən sonra tələbin borcluya məxsus olan əmlaka yönəldilməsini təqdimatda xahiş etmişdir. Beləliklə, təqdimatda göstərilənləri, icra işinin materiallarını, eləcə də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Füzuli Rayon Notariat Kontorunun 1114 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Füzuli Rayon Notariat Kontorunun 1114 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar