Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(064)-59/2025 23.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-959/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli Rayon Məhkəməsinin 2(064)-959/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı üzrə borclu - Borclu məxsus olan «ZAZ Vida» minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə "xxxx" ASC arasında razılıq əldə edilərək aidiyyəti üzrə Qaradağ Rayon İcra Şöbəsinə Füzuli Rayon Məhkəməsinin 2(064)- 377/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin məhkəməyə geri qaytarılmasına dair məktub göndərilmişdir. Odur ki, zərurət yarandığından Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək borclunun əmlakının üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. İş üzrə Əmanətlərin Sığortalanması Fonduna, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin 2(064)-959/2018 saylı, xx.xx.2018-ci il tarixli iddianın təmin etmə tədbirinin tətbiq edilməsi haqqında qərardad əsasında müəyyən olunur ki, Borclu məxsus olan ipoteka ilə yüklü edilmiş «ZAZ Vida» minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsi iclasının 227 saylı protokolu əsasında müəyyən olunur ki, LPO "xxxx"ASC-nin müştərisi Borclu tərəfindən xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə qalıq 4997 manat məbləğin və ödənilmiş 36 manat dövlət rüsumunun əvəzinin hissələrə bölünərək ödənilməsi və məsələ üzrə ica prosesinin dayandırılması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli məktub əsasında müəyyən olunur ki, Əmanətlərin Sığortalanması Fondu Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinə müraciət edərək Borclu məxsus olan «ZAZ Vida» minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini və məcburi icra tədbirlərini ləğv edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus avtomobil üzərində həbsin saxlanılmasına dair zərurət aradan qalxdığından ərizə təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 22(064)-959/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borcluya məxsus olan «ZAZ Vida» minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. Borclu məxsus olan «ZAZ Vida» minik markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №8(064)-59/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(064)-59/2025
23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver